Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişaf Fondunun www.sdf.gov.az ünvanlı İnternet saytı əvvəl qeyd etdiyimiz kimi, hazırlıq ərəfəsindədir. Lakin indidən məlumdur ki, sayt tam dolğunlaşdırıldıqdan sonra zəngin və keyfiyyətli olacaq. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi ilə bağlı səhifə hazırlıq ərəfəsindədir. Amma bu bölmənin dolğunlaşdırılmasına ciddi ehtiyac var. Yaxşı olar ki, bu səhifə tezliklə hazırlanıb oxucuların ixtiyarına verilsin.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilərin də daxil edilməsi tövsiyə olunur.
3. Qurumun struktur sxemi təqdim edilsə də, struktur bölmələrinin rəhbərləri haqda məlumatlar və onlarla əlaqə saxlamaq üçün imkanların da ətraflı təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri, həmçinin, aparat və kollegiya rəhbərləri haqqında bioqrafik bilgilərin, əks əlaqə imkanlarının da təqdim edilməsi tövsiyələr sırasındadır.
5. Qurumun cari fəaliyyəti haqqında, həmçinin qurumun mətbuata açıqlığı ətraflı təqdim edildiyi üçün əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir. Onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur. Ancaq saytda Qaynar xəttin təqdim edilməsi yaxşı olardı.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar, məlumatlar təqdim olunmur. Bu barədə də bilgilərin təqdim edilməsi tövsiyə edilir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər, həmçinin qurumun icraçı direktorunun tarif stavkası göstərildiyi üçün əlavə tövsiyə verilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə təqdim edilmiş məlumatlarla yanaşı dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı isə tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri barədə məlumatların saytda əks etdirilməsi tövsiyələr sırasındadır.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər də əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.
13. Qurumun saytının texniki imkanları orta səviyyədədir. Bir çox məlumatlar PDF formatında hazırlandığı üçün bəzən açılmır ki, bu da həmin məlumatlarla tanışlıqda çətinlik yaradır. Yəni, PDF-lərin yüklənməsində problem yaranır. Yaxşi olardı ki, bu məsələyə diqqət yetirilsin. Saytın texniki imkanları sırasına abunə imkanı və axtarış sistemi də əlavə olunsaydı yaxşı olardı. Sosial şəbəkələrdən facebook və youtube-də səhifələri aktiv olduğu üçün bu sahədə əlavə tövsiyə verilmir.