Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidentinin Yanında Elmin İnkişafı Fondunun www.sdf.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikasının Prezidentinin Yanında Elmin İnkişafı Fondunun www.sdf.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun  www.sdf.gov.az ünvanlı İnternet saytının texniki imkanları elə vəziyyətdədir ki, gərəkli sahələr doldurularsa, sayt çox zəngin təsir bağışlayar. Qurumun internet resursunda Azərbaycan sözünün kiçik hərflə yazılması diqqətmizdən qaçmadı. Saytda hələ iş getdiyini, tam hazır olmadığını nəzərə alıb bunu qeyd etməyi vacib bilirik. Qurumun tarixi haqda bilgilər natamam təqdim edilir. Yəni, həmin məlumatın 3 dildə təqdimatı nəzərdə tutulsa da, yalnız ingiliscə bilgi təqdim edilir, Azərbaycan və rus dilində olan bölmələr isə boşdur. Elmin İnkişafı Fondunun  Himayədarlar Şurası mövcuddur. Himayədarlar Şurasının üzvləri saytda təqdim edilir, lakin icraçı direksiya haqda heç bir məlumat göstərilmir. Saytın onlayn yazışma forması, qrant layihələri, müsabiqələrlə bağlı ətraflı məlumat verilir. Saytda bəzi bilgilərin olmaması da diqqətdən qaçmır. Qurumun rəhbəri, onun müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda bioqrafik məlmatlar yoxdur. Qurumun saytında bəzi bölmələr hələ hazırlıq ərəfəsindədir. Qurumun qrant layihələri haqda ətraflı məlumat verilir. Həyata keçirilmiş layihələr haqda da bilgilərə rast gəlinir. Qurumun büdcəsi haqqında məlumatlar verilmir. Bundan başqa, qurumun saytında işə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar, quruma gəlmək üçün ictimai nəqliyyat  barədə məlumatlar yoxdur. Saytda bir çox məlumatlar PDF formatında hazırlandığı üçün bəzən açılmır ki, bu da həmin məlumatlarla tanışlıqda çətinlik yaradır. Qurumun saytında diaspordakı alimlərimiz və dahi alimlərimiz bölümləri hazırlıq ərəfəsindədir. Qurumun rəhbərinin və digər işçilərin tarif stavkası təqdim edilmişdir. Bunu bölmələrin aşağısındakı qeyddən də görmək olar. Qurumun sosail şəbəkələrdən facebook, youtube –da səhifələri mövcuddur və saytdan sosial şəbəkələrə birbaşa keçid var.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi ilə bağlı səhifə hazırlıq ərəfəsindədir. Qurumun tarixi haqda 3 dildə hazırlanan məlumatlar yarımçıq təqdim edilir. Yəni, Azərbaycan, ingiliscə və rusca bilgilər nəzərdə tutulub, lakin yalnız ingilis dilində bilgi verilir, Azərbaycan və rus dillərində səhifələr hazırlıq ərəfəsindədir. Qurumun rəhbərliyi haqda bilgilər də natamamdır. Prezident yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvləri haqda qısa bilgilər mövcuddur, lakin icraçı direktor və aparat rəhbərləri haqqında heç bir bioqrafik bilgiyə rast gəlinmir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Qurumun ünvanının marşrut və sxemi də təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Həmçinin, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında da məlumatlar təqdim edilir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası təqdim edilmir, əks əlaqə imkanları isə göstərilib. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər də yoxdur.

5. Qurumun mətbuat üçün açıqlamaları və onların tezliyi barədə bilgilər genişdir. Qurumun cari fəaliyyəti, həmçinin həyata keçirdiyi proqram və layihələr, layihələrin statistikası haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər də öz əksini tapmışdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunmur.

9. Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası haqda bilgilər təqdim edilmişdir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə  məlumatlar təqdim edilir. Lakin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərə rast gəlinmir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə bütün bilgilər təqdim edilir. Tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri barədə məlumatlar isə əks etdirilmir.

12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri (tam mətni) təqdim edilir. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv də təqdim edilir.

13. Saytın texniki imkanları sırasında abunə imkanı da olsaydı yaxşı olardı. Əks əlaqə üçün onlayn forma və  sosial şəbəkələrdə aktiv səhifəsinin olması qurumun vətəndaş cəmiyyətinə açıqlığının göstəricidir. Lakin axtarış sisteminə rast gəlinmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV