İcmal hissədən də bəlli olduğu kimi, Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti www.balaken-ih.gov.az domen adlı İnternet saytında məlumat baxımından çox çatışmazlıqlar var. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Saytda rayon haqqındakı bilgilərlə yanaşı quruma daha öncə başçılıq etmiş şəxslər, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqqında olan bilgilərin sayta əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini üçün təqdim edilmiş bilgilər sırasına qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin də daxil edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu haqqında struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.
4. Qurumun rəhbəri, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqələrin də saytda yerləşdirilməsi tövsiyələr sırasındadır.
5. Cari informasiyaların daim yenilənməsi ilə yanaşı, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
6. Yaxşı olardı ki, qurumun büdcəsi, büdcənin icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda əks etdirilsin.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin verilməsi tövsiyələr sırasındadır.
8. Növbəti tövsiyə boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) bilgilərin də saytda öz əksini tapması yönündədir.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının barədə olan bilgilərin də əks etdirilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi növbəti tövsiyələrimizdəndir.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyə olunur.