İcmal hissədən də bəlli olduğu kimi, Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti www.bilesuvar-ih.gov.az domen adlı İnternet saytında bir çox bölmələrin boş olması bəzi bilgilərin isə yarımçıq təqdim edilməsi bu sayt üçün müxtəlif tövsiyələrin verilməsini gərəkli edir.
Beləliklə bölmələr üzrə tövsiyələrimizi qeyd edirik.
1. Qurum haqqındakı bilgilər sırasına quruma daha öncə başçılıq etmiş şəxslər, qurumun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin əks əlaqəsini üçün qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu haqqında struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə məlumatların təqdim edilməsi də tövsiyə olunur.
4. Qurumun rəhbəri, rəhbər işçiləri və onlarla əks əlaqələr baxımından qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin dolğunlaşdırılması və bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
5. Cari informasiyalar sırasına isə qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin əlavə edilməsi növbəti tövsiyələrimizdəndir.
6. Qurumun büdcəsi, büdcənin icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların da saytda yer alması tövsiyə olunur.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin verilməsi tövsiyələr sırasındadır.
8. Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi növbəti tövsiyələrdəndir.
10. Vətəndaşların qəbul şərtləri haqqında isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
11. Tender və yarışmalar haqqında bilgilərində saytda yer alması tövsiyələrdəndir.
12. Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyə olunur.