Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisinin www.dyp.gov.az ünvanlı İnternet saytı monitorinqdə də qeyd etdiyimiz kimi, qurumun tarixi, e-xidmətlərin, işə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar, onlayn müraciət imkanları, telefon, faks, e-poçt, vətəndaşların qəbul günləri, sosial şəbəkələrdə səhifəsinin olması, abunə imkanının olmasını nəzərə çatdırırıq. Lakin, qurumun internet resursunda çatışmayan bilgilər də az deyil. Məsələn, sahə işçilərinin əmək haqları, rəhbər işçilərin tarif stavkası, qurumun marşrut sxemi, quruma gəlmək üçün ictimai nəqliyyat, struktur rəhbərləri haqda, əsas rəhbərin bioqrafiyası, qurumun büdcəsi, qaynar xətt, tender elanları haqda heç bir məlumat təqdim olunmur. Lakin nəzərə alsaq ki, saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa yetər, o zaman deyilən istiqamətdə tövsiyyələrimizi təqdim etməyə dəyər.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı qurumun öncəki rəhbərləri haqqında bilgilərin və kollegiya haqqında informasiyaların saytda əks etdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması baxımından yaxşı olardı ki, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də bilgi verilsin.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmədiyi üçün bu bölmənin dolğunlaşdırılması tövsiyə edilir.
4. Rəhbər işçilər, onlara əks əlaqə, rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin də təqdim edilməsi lazımdır. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları geniş əks etdirilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər yetərli səviyədə olduğundan əlavə tövsiyəyə ehtiyac duyulmur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim edilməyən məlumatlar sırasındadır. Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların da saytda yer alması tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər sırasında qaynar xətt və cağrı xidməti saytda əks etdirilmədiyi üçün bunların da əlavə edilməsi tövsiyə edilir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edildiyini nəzərə alaraq bu sahədə də tövsiyəyə ehtiyac duyulmur.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda öz əksini tapdığı üçün əlavə tövsiyəyə gərək duyulmur.
11. Növbəti tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər də təqdim edilsəydi bu sahə dolğunlaşmış olardı.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapdığı üçün bu sahədə əlavə tövsiyəyə gərək yoxdur.
13. Saytın texniki imkanları sahəsində domen rahatlığı, saytda axtarış və abunə imkanlarının, sosial şəbəkələrdən facebook –da səhifəsinib olmasını da nəzərə alsaq əlavə tövsiyəyə ehtiyac duyulmur.