Tuesday 03rd December 2024,

2015

Ξ Leave a comment

Daxili İşlər Nazirliyinin www.mia.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Daxili İşlər Nazirliyinin www.mia.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı İnternet saytı, bir sıra bölmələr üzrə yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Saytda qurumun tarixi ilə bağlı ölkənin sabiq daxili işlər nazirləri haqda məlumatların verilməsi bəyənilən haldır. Bundan başqa, elektron xidmətlər, işə qəbul qaydaları, vətəndaşların qəbulu, onlayn müraciət formaları, qurumun aparat rəhbərliyi və struktur rəhbərlərinin bioqrafik bilgiləri geniş şəkildə yer tapmışdır. Saytın istifadəsi rahatdır. Burada tətbiq edilən yanaşma onun üzərində çağdaş texnologiyalara uyğun iş aparılmasından xəbər verir. Qurumun sosial şəbəkələrdə səhifəsi mövcud olsa da, səhifə çox da aktiv sayıla bilməz. Qurumda 1 deyil, 1 neçə qaynar xəttin olması, çağrı mərkəzinin yer alması, mətbuat üçün açıqlamaların tezliyi üstünlük təşkil etsə də, nədənsə quruma getmək üçün nəqliyyat marşrutu haqda bilgi təqdim edilmir. Sayt üç dildə Azərbaycan, ingilis və rus dillərində dolğun formada fəaliyyətini davam etdirir. Daxili İşlər Nazirliyinin saytından birbaşa alt qurumların saytlarına keçid var ki, bu da ziyarətçi üçün rahatlıq yaradır. Həmçinin, Nazirliyin saytında paytaxtın rayon polis idarələri və regional polis idarə və şöbələrinin ünvanı, telefon nömrəsi və rəhbərləri haqda kifayət qədər bilgilər təqdim edilir.  Bundan başqa, DİN-in xarici ölkələrdəki nümayəndələri və inzibati sahə rəisləri haqda məlumatlar göstərilib. Bakı Şəhər Baş Polis İdarəsinin saytından ərazi polis orqanlarının ünvan və əlaqə telefonlarını da tapmaq olar. Bu sahədə interaktiv xəritə də mövcuddur ki, buradan da istifadə etməklə istədiyiniz məlumatı əldə edə bilərsiniz. Çatışmayan bilgilərin sırasına tender və hərrac yarışmalarının nəticələri, qurumun rəhbərinin tarif stavkası da daxildir.

Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbəri və struktur rəhbərləri haqında geniş bioqrafik bilgi verilir. Kollegiya haqqındada ətraflı məlumat təqdim olunur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Ancaq quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.

3. Qurumun strukturu barədə də məlumat yetərli sayıla bilər. Dövlət qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları və səlahiyyətləri haqda geniş bilgi verilir.

4. Rəhbər işçilər, onlara əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da geniş şəkildə təqdim edilir.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Həçminin, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr də təqdim edilmişdir

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilər təqdim olunur. Lakin büdcədənkənar daxilolmalar haqda məlumata rast gəlinmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında da bilgilər əks etdirilir. Qaynar xətt nömrələrinin və çağrı nömrəsinin də göstərilməsi çox müsbət haldır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də təqdim edilən bilgilər sırasındadır.

9. Təqdim edilməyən bilgilərdən biri sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də kifayət qədər bilgi təqdim edilir.

11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlı olan bilgidir. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqda məlumatlar öz əksini tapmır.

12. Qurumunun norma- (qanun) yaratma fəaliyyəti barədə, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər müəyyən qədər saytda öz əksini tapmışdır.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Saytın domen ünvanı, həmçinin içərisində gəzişmələr rahatdır, abunə imkanı və axtarış sistemi mövcuddur. Sosial şəbəkələrdən facebook-da  səhifəsi mövcud olsa da, aktiv sayılmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV