Sunday 28th April 2024,

2015

Ξ Leave a comment

Daxili İşlər Nazirliyinin www.mia.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Daxili İşlər Nazirliyinin www.mia.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, qurumun tarixi və keçmiş rəhbərləri haqqında çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri də e-xidmətlərin olmasıdır. Ancaq bununla belə, saytda  müəyyən qədər çatışmayan bilgilər də mövcuddur. Həmçinin, sahə işçilərinin əmək haqları barədə də bilgilərə rast gəlinmir.  Lakin nəzərə alsaq ki, saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa yetər, o zaman deyilən istiqamətdə tövsiyələrimizi təqdim etməyə dəyər.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı qurumun öncəki rəhbərləri haqqında bilgilər və kollegiya haqqında informasiyalar saytda geniş əks etdirildiyinə görə əlavə tövsiyə verilmir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı, yaxşı olardı ki, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də bilgi verilsin.

3. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgiləri təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.

4. Rəhbər işçilər, onlara əks əlaqə, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da əks etdirildiyi üçün bu sahədə də əlavə tövsiyə verilmir.

5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr də  təqdim edildiyi üşün bu sahədə heç bir tövsiyəyə gərək duyulmur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim edilsə də, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların da saytda yer alması yaxşı olardı.

7. Qurum tərəfindən təklif edilən xidmətlər sırasında qaynar xətt və cağrı xidməti saytda əks etdirildiyi üşün əlavə tövsiyəyə ehtiyac duyulmur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edildiyini nəzərə alaraq bu sahədə də tövsiyəyə ehtiyac duyulmur.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda öz əksini tapdığı üçün əlavə tövsiyəyə gərək duyulmur.

11. Növbəti tövsiyyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər də təqdim edilsəydi bu sahə dolğunlaşmış olardı.

12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı bilgilər də öz əksini tapdığı üçüm bu sahədə də tövsiyə verilmir.

13. Saytın texniki imkanları sahəsində domen rahatlığı, saytda axtarış və abunə imkanları vardır. Sosial şəbəkələrdən facebook-da səhifəsi mövcud olsa da, aktiv deyil. Sonuncu məlumat 2013-cü ildə qoyulmuşdur, buna görə də səhifənin aktivləşdirilməsi tövsiyə edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV