Sunday 24th November 2024,

2015

Ξ Leave a comment

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İnternet resursu olan www.acsc.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İnternet resursu olan www.acsc.az  domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İnternet resursu olan www.acsc.az ünvanlı İnternet saytı  monitorinqdə də qeyd etdiyimiz kimi, qurumun tarixi, e-xidmətlərin, onlayn müraciət imkanları, telefon, faks, e-poçt, vətəndaşların qəbul günləri, sosial şəbəkələrdə səhifəsinin olması, baxımından müsbət qiymətləndirilir.  Lakin, qurumun internet resursunda çatışmayan bilgilər də az deyil. Məsələn, rəhbər işçilərin tarif stavkası, qurumun marşrut sxemi, quruma gəlmək üçün ictimai nəqliyyat, qurumun büdcəsi, tender elanları haqda heç bir məlumat təqdim olunmur.  Saytda abunə imkanı a yoxdur. Lakin nəzərə alsaq ki, saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa yetər, o zaman deyilən istiqamətdə tövsiyələrimizi təqdim etməyə dəyər.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi, rəhbərləri haqqında bilgilərin və kollegiya haqqında informasiyalar  saytda  əks etdirildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı, yaxşı olardı ki, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də bilgi verilsin.

3. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edildiyi  üçün bu bölmə ilə bağlı əlavə tövsiyəyə ehtiyac yoxdur.

4. Rəhbər işçilər, onlara əks əlaqə, rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də təqdim edilir. Bu baxımdan da bu barədə  heç bir tövsiyəyə gərək duyulmur.

5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də ayrıntılı bilgilər daxil edildiyi üçün heç bir tövsiyə verilmir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim edilməyən məlumatlar sırasındadır. Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların da saytda yer alması tövsiyə olunur.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, qaynar xətt və elektron müraciət də  əks etdirildiyi  üçün burada da əlavə tövsiyə yoxdur.

8.           İşə qəbul qaydaları və boş iş yerləri haqqında təqdim edilmiş qurumun və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar əvvəlki illərə aid olduğu üçün yenilənməsi tövsiyə olunur.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də saytda yer alması tövsiyə olunur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda öz əksini tapdığı üçün əlavə tövsiyəyə gərək duyulmur.

11. Növbəti tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər də təqdim edilsəydi bu sahə dolğunlaşmış olardı.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapdığı üçün bu sahədə əlavə tövsiyəyə gərək yoxdur.

13. Saytın texniki imkanları sahəsində domen rahatlığı, saytda axtarış və sosial şəbəkələrdən facebook–da aktiv səhifəsinin olmasını da nəzərə alsaq burada yalnız abunə imkanının yaradılması tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV