Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az ünvanlı İnternet saytında ötən illərlə  müqayisədə demək olar ki, heç bir yenilik olunmayıb. Sayt hələ də hazırlıq ərəfəsindədir. Saytda sərhədlərimiz və bu sahəyə aid xidmət haqqında çox geniş tarixi bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada tətbiq edilən yanaşma onun üzərində çağdaş texnologiyalara uyğun iş aparılmasından xəbər verir. Yəni saytın funksionallığı, e-xidmətlərin təqdim edilməsi diqqət çəkir. Təqdim edilən bilgilərdən biri də Sərhədçi Milli Qəhrəmanlar bölümüdür ki, burada sərhədlərimizi qoruyarkən Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlmiş və itkin düşən sərhədçilərmiz haqda məlumatlar təqdim edilib. Bütün bunlarla bərabər, saytda hələ xeyli bilginin çatışmadığı da gözdən qaçmır. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair TƏLƏBLƏR-in 2-ci müddəasında göstərilən İnternet İnformasiya Ehtiyatının ünvanı bölməsinin 2.2-ci tələbi pozulmuşdur. Yəni, bu tələbə  əsasən sayt üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmalıdır ki, bu da dsx.gov.az saytında öz əksini tapmır. Saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1. Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərlərindən yalnız  rəhbər haqqında bilgi verilsə də, Kollegiya haqqında heç bir  bilgiyə  rast gəlinmir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Ancaq quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgi yoxdur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, aparat, dövlət qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar  barədə təəssüf ki, heç bir bilgi təqdim edilmir.

4. Rəhbər işçilər onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin və  ayrı-ayrı struktur bölmələrinin rəhbərləri haqda bioqrafik bilgilər və əks əlaqə imkanları isə təqdim edilmir.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Ancaq qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər isə əks etdirilmir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi əks etdirilir. Çatışmayan yalnız qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsidir.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilir.

9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları saytda yarımçıq əksini tapır. Yəni, yalnız dövlət qurumunun rəhbərinin yerlərdə vətəndaşlarla keçirdiyi və keçirəcəyi görüşlər  haqda  elanlar saytda öz əksini tapıb. Qurumun digər struktur rəhbərlərinin qəbul qaydaları, qəbul günləri barədə bilgilər də əks etdirilmir.

11. Daha bir əks etdirilməyən bilgilər tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.

12. Qurumunun  cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilərin heç birisi saytda öz əksini tapmamışdır.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Saytın sosial şəbəkələrdəki səhifəsi kifayət qədər aktivdir. Fasebook səhifəsində qurum rəhbərinin vətəndaşlarla yerlərdə keçirəcəyi görüşlər öz əksini tapmışdır. Ancaq saytdan sosial şəbəkəyə birbaşa keçid və saytın abunə imkanı çatışmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV