Saturday 23rd November 2024,

2015

Ξ Leave a comment

Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, özəlliklə sərhəd məsələlərinin tarixi haqqında çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Saytda  e-xidmətlərin olması təqdirəlayiq haldır. Ancaq bununla belə, saytda çatışmayan bilgilər də çoxdur. Lakin nəzərə alsaq ki, saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa imkan verir, beləliklə, tövsiyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı qurumun aparat və struktur rəhbərləri haqqında bilgilərin və kollegiya haqqında informasiyaların saytda əks etdirilməsi  tövsiyə olunur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə ayrıca bilgi verilməsi tövsiyə olunur.

3. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

4. Rəhbər işçilər, onlara əks əlaqə, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirilməsi tövsiyələr sırasındadır.

5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də ayrıntılı bilgilərin daxil edilməsi tövsiyə olunur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması tövsiyə olunur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan bilgi qaynar xətt nömrəsinin olmamasıdır ki, bunun da saytda əks etdirilməsi tövsiyə olunur.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi saytda göstərildiyi üçün burada əlavə tövsiyəyəö gərək duyulmur.

9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda göstərilsin.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilərin dolğunlaşdırılması. Qurumun digər struktur rəhbərlərinin qəbul qaydaları, qəbul günləri haqqında məlumatların isə təqdim edilməsi tövsiyə olunur.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi də tövsiyəyəl sırasındadır.

12. Daha bir tövsiyə qurumun norma- (qanun) yaratma fəaliyyəti barədədir. Burada yaxşı olardı ki, qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapsın.

13. Saytın texniki imkanları sırasına abunə imkanının və sosial şəbəkəyə birbaşa keçidin də əlavə edilməsi tövsiyələr sırasındadır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV