Tuesday 03rd December 2024,

2015

Ξ Leave a comment

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az ünvanlı İnternet saytı icmal hissədə də qeyd etdiyimiz kimi, təkmil olması və səliqə-səhmanı, maraqlı bilgilər verməsi baxımından dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin təqdimatı da onun üstünlüklərindən biridir. Yuxarıda qeyd etdiyimiz kimi, saytdan xeyli yeni bilgilər əldə etmək mümkündür. Qurumun saytında bəzi bölmələr hələ hazırlıq ərəfəsindədir. Hiss olunur ki, saytın üzərində ciddi iş gedir. Diqqətimizi çəkən məqamlardan biri də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dünya memarlığı inciləri nümunələrini təqdim etməsidir.  Bununla belə, saytda bəzi  çatışmazlıqlar da müşahidə edilməkdədir.

Beləliklə, bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi, rəhbərləri haqqında məlumatlar, dövlət qurumunun fəaliyyətini təmin edən əsasnamə və təlimatlar haqda məlumatlar yetərli sayıla biləcək qədərdir. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar. Həmçinin, qaynar xəttin saytın ön  səhifəsində qoyulması məqsədəuyğun olardı.

3. Qurumun strukturunun ümumi sxemi, digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında dolğun məlumat təqdim edilir. Bunun üçün əlavə tövsiyə verilmir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, həmçinin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin olması və qurumun rəhbəri ilə əks əlaqə imkanları da təqdim edilən bilgilərdən sayıldığı üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.

5. Qurumun cari fəaliyyəti, mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumdaxili əmrlər və dövlət qurumuna aid olan informasiyalar haqda bilgi verilir. Bu üzdən də bu bölməyə aid heç bir tövsiyə yoxdur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, həmçinin büdcədənkənar daxilolmalar barədə bilgilərin isə saytda əks etdirilməsi tövsiyə olunur.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapdığından əlavə tövsiyə yalnız qaynar xəttin saytın ön hissəsində görünən yerdə qoyulsı ilə bağlıdır.

8.  İşə qəbul qaydaları və boş iş yerləri ilə bağlı tövsiyəmiz isə işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə də bilgilərin saytda yer almasıdır.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi tövsiyələr sırasındadır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar kifayət qədər aydın göstərildiyi üçün əlavə tövsiyə verilmir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı isə bütün mümkün qayda və elanlar, tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.

13. Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi və sosial şəbəkələrdə səhifəsinin yaradılması da tövsiyələr sırasındadır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV