Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
12 iyul 2007
Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılmışdır. Monitorinqin nəticələrinə görə saytın qanunun tələblərinə nə qədər uyğun olması analiz edilmiş və müsbət və zəif cəhətləri araşdırılmışdır. Analizin yekunları aşağıda göstərilmışdır:
Maliyyə Nazirliyi haqqında ümumi məlumatlarSaytın bu bölməsi qoyulan tələblərə uyğun yaradılmışdır. Belə ki, nazirliyin yaranma tarixi, struktur sxemi, nazir, nazir müavinləri və onun digər şöbələrinin vəzifəli şəxsləri barədə məlumatlara “Ümumi məlumat” menyusunda xüsusi yer verilib. Bu menyu “Əsasnamə”, “Tarix”, “Rəhbərlik”, “Struktur” və “Kollegiya” kimi alt menyulardan təşkil olunmuş və həmin alt menyularda uyğun istimatlər üzrə məlumatlar yerləşdirilmişdir. Eyni zamanda rəhbər işçilərin qəbul saatları barədə məlumatlar və vətəndaşların qəbul qaydaları yaxşı şərh olunub və yerli maliyyə orqanlarının siyahısı, kollegiyanın tərkibi xüsusi menyuda göstərilib. Saytın xəbərlər blokunun təşkilini də müsbət qiymətləndirmək olar. Müsbət cəhətlərdən biri kimi saytda bir çox məsələlərin hüquqi həllini tapmaq üçün istifadə olunan maliyyə, dövlət büdcəsinə aid qanunlar toplusu və Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının ətraflı verilməsini qeyd etmək olar. Bunlarla yanaşı nazirliyin əsasnaməsi və onun struktur bölmələrinin fəaliyyəti ilə bağlı hazırlanmış təlimatlar və normativ hüquqi aktlar geniş əksini tapıb. Ancaq bu bölmədə bəzi məqamlar nəzərdən qaçmış və bir çox məsələlər həllini tapmayıb.
1. Öz həllinin tapmayan məsələlərdən biri nazirlik aparatının ştat cədvəlinin, boş iş yerləri, işə qəbul və müsabiqə qaydalarının verilməməsidir.
2. Bundan başqa nazirliyin öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir.
Maliyyə Nazirliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları
Bu blokda da qanunvericilik tərəfindən qarşıya qoyulmuş bir çox tələblər yerinə yetirilib. Nazirliyin cari fəaliyyəti, şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında məlumatlar normal səviyyədə yerləşdirilib. Saytda diqqət çəkən məqamlardan biri “Dövlət büdcəsi” bölümündə dövlət büdcə məsələlərini geniş işıqlandırılmasıdır. Burada Azərbaycan Respublikasının dövlət büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə operativ məlumat, büdcə səviyyəsinin kodu, büdcə təsnifatları və büdcə təşkilatları haqqında məlumat bazası verilib. Eyni zamanda saytda sığorta məsələlərinə geniş şərh verilib. Saytın diqqət çəkən məqamlarından biri də “Dövlət istiqrazı” bölməsində dövlət qısa müddətli istiqraz vərəqələrinin yerləşdirilməsi, buraxılması və ödənişi üzrə məlumat cədvəlinin yerləşdirilməsidir.
Ancaq yuxarıda göstərilənlərlə yanaşı saytda xeyli çatışmazlıqlar var:
1. Belə ki, tenderə çıxarılacaq sahələr, müsabiqələr və onların nəticələri, inkişaf planları və proqramları haqqında məlumatlara yer ayrılmayıb.
2. Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatlar yoxdur.
3. İnformasiya sahiblərinin reyestri, özünə aid olan informasiya resursları yoxdur.
4. Nazirliyin balansında olan əmlakının satılması və ya əmlak üzərində hüquqlarının dəyişməsi, eləcə də digər alqı-satqı əməliyyatı barədə heç bir məlumat verilməyib.
5. Özəl hüquqi şəxslərə, qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsait haqqında heç bir söz deyimir.
6. Dövlət büdcəsi haqqında məlumatlara yer verilsə də nazirliyə aid dövlət büdcəsi, sahəyə aid dövlət büdcəsinin xərci icrası barədə hesabatlar yoxdur.
7. Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar yoxdur.
Göstərilən xidmətlərə dair məlumatlar.
Qarşılıqlı əlaqə xidmətləri saytda normal təşkil olunub. Ancaq interaktiv online xidmərləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.
Sayt olan texniki tələbatlar
1. Sayta olan texniki tələblər normal şəkildə yerinə yetirilmişdir.