Maliyyə Nazirliyinin www.maliyye.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
12 iyul 2007
Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı rəsmi internet saytında bəzi çatışmayan cəhətləri aradan qaldırmaq üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bir sıra tövsiyələr aşağıda göstərilmişdir:
Maliyyə Nazirliyi haqqında ümumi məlumatlar
1. Qanunvericilikdə ştat cədvəlinin verilməsi nəzərdə tutulduğu üçün nazirlik aparatının ştat cədvəlinin saytda verilməsi məqsədəuyğun olardı.
2. Boş iş yerləri, işə qəbul və müsabiqə qaydalarının verilməsi iş axtaranlara kömək etmiş olardı.
3. Nazirliyin öz daxili əmr, sərəncam və qərarları haqqında məlumatların saytda yerləşdirilməsi yaxşı olardı.
4. Öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısının verilməsi tövsiyə olunur.
Maliyyə Nazirliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları
1. Tenderə çıxarılacaq sahələr, müsabiqələr və onların nəticələri haqqında məlumatların verilməsi faydalı olardı
2. Yaxşı olardı ki, inkişaf planları və proqramları haqqında məlumatlar da saytda öz əksini tapsın.
3. Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatların saytda yerləşdirilməsi səmərəli olardı
4. Özünə aid olan informasiya resursları haqqında məlumatın verilməsi tovsiyə olunur.
5. Nazirliyin balansında olan dövlət əmlakı, dövlət əmlakının satılması eləcə də onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatların verilməsi faydalı olardı.
6. Nazirlik tərəfdən özəl hüquqi şəxslərə və qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara verilmiş vəsait haqqında məlumatın verilməsi bu sahədə məsuliyyəti artırmış olardı.
7. Dövlət büdcəsi haqqında məlumatlarla yanaşı nazirliyə ayrılmış dövlət büdcəsinin və onun xərci barədə hesabatların verilməsi yaxşı olardı.
8. Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatların verilməsi faydalı olardı.
9. Maliyyə nazirinin və digər səlahiyyətli nümayəndələrin çıxışlarına yer verilməsi yaxşı olardı.
Göstərilən xidmətlərə dair məlumatlar.
1. Saytın daha effekli olması üçün online interaktiv xidmətlərə üstünlük verilməlidir. Ona görə tövsiyə olunur ki, belə xidmətlərə saytda xüsusi bölmə ayrılsın və istifadəçilərə mümkün sahələrdə interaktiv xidmət göstərsin. Yaxşı olardı ki, müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri saytda yerləşdirilsin.