Saturday 23rd November 2024,

Xəbərlər

Ξ Leave a comment

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın Təklifləri

posted by informadmin
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın  Təklifləri

 Elektron arayışılardan  istifadənin kütləviləşməsi və onun bütün dövlət qurumları tərəfindən tanınmasına köməklik məqsədilə

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın

Təklifləri

Arayış :

Son dövrlərdə  ölkədə elektron hökumət quruculuğu prosesi xeyli sürətlənib. Mərkəzi və yerli icra orqanları tərəfindən xeyli sayda xidmətlər artıq elektron formada təqdim edilir. Daha əhəmiyyətli xidmətlərin elektron formaya keçirilməsi istiqamətində müntəzəm olaraq tədbirlər görülür. Dövlət qurumlarının  elektron xidmətləri və informasiya sistemləri mövcud qanunvericiliyə uyğun olaraq Elektron hökumət Portalına inteqrasiya olunur.
Artıq vətəndaşların bir pəncərə prinsipinə uyğun olaraq Portaldan əldə etdikləri xidmətlərin sayı və ümumiyyətlə Portala müraciətlərin sayı artıb . İnteqrasiya prosesi hər gün daha da genişlənməkdədir.

Müxtəlif dövlət qurumlarının Elektron hökumət portalına inteqrasiya olunan  informasiya sistemləri və elektron xidmətləri Portala imkan verir ki  vətəndaş üçün gərəkli olan  digər əhəmiyyətli xidmətləri də elə birbaşa portaldan təqdim etsin. Bu məqsədlə Elektron hökumət Portalının operatoru – MHM tərəfindən vətəndaşlar və hüquqi şəxslər üçün vacib olan bir sıra xidmətlərin portal üzərindən eldə edilməsi məqsədilə platforma hazırlanıb.

Artıq bu platforma əsasında MHM tərəfindən vətəndaşlara və hüquqi şəxslərə müxtəlif elektron arayışlar təqdim edilir. Vətəndaşlar və hüquqi şəxslər Portala daxil olmaqla bu arayşıları əldə edə və həmçinin də istədikləri ünvana yönləndirə bilirlər.
“Elektron Hökumət” portalı vasitəsilə təqdim edilən arayışlar portal tərəfindən e-imza ilə imzalandığından, eyni zamanda QR-kod və ştrix kodla təsdiqləndiyindən “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”nun 24.4 bəndinə əsasən, portal tərəfindən formalaşdırılan elektron arayışlar eyni məzmunlu kağız üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdirlər.
Qeyd edək ki, e-arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir və eyni zamanda arayışların portal vasitəsilə İD nömrə üzrə yoxlanılması da mümkündür.
Hazırda aşağıdakı e-arayışları Elektron hökumət portalı üzərindən əldə etmək mümkündür :

1. iş yerinə dair arayış;
2. yaşayış yeri haqqında arayış;
3. diplom haqqında arayış;
4. vətəndaşlara aid fərdi məlumatlar üzrə arayış;
5. rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış;
6. ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayış;
7. ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki heyətin iş yeri haqqında elektron arayış;
8. şəxsiyyət vəsiqəsi üzrə arayış;
9. vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış.

Hazırda ölkədə fəaliyyət göstərən bir sıra banklar bu xidmətdən yetərincə istifadə edirlər.

Lakin həm elektron arayışları tanıyan qurumaların sayı və həm də elektron arayışlardan istifadə edən vətəndaşların sayında kütləvilik hiss olunmur.

Bu, bir sıra hallarda məlumatsızlıq və ya müəyyən bilik-bacarıqların yetərli olmamsı ilə  bağlıdırsa, həm də dövlət qurumları arasında elektron sənəd dövriyyəsi və kargüzarlıq məsələlərindəki boşluqlarla bağlıdır.

Eyni zamanda  araşdırmalar göstərir ki vətəndaşlar  özləri haqqında digər bir sıra vacib məlumatların, xüsusilə də kommunal sahə ilə əlaqəli  arayışları da  Portaldan və digər dövlət informasiya sistemlərindən əldə etməkdə çətinlik çəkirlər.
Bu isə bəzi dövlət qurumlarında mövcud olan informasiya sistemlərinin FİN-ə uyğunlaşdırılmaması ilə bağlıdır. Belə ki hələlik “Azərsu” ASC, Azəristiliktəchizat ASC, “Azəriqaz” İB, “Azərİşıq” ASC-nin mülkiyyətində olan informasiya sistemlərində, Mobil operatorlarda, bir sıra banklarda abunəçilərə dair fərdi məlumatların “Giriş-cıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindəki məlumatlarla üzləşdirilərək FİN-ə uyğunlaşdırılması prosesi başa çatdırılmayıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın 26 may 2015-ci il tarixli toplantısında elektron arayışlardan  istifadənin kütləviləşməsi və onun  bütün dövlət qurumları tərəfindən tanınması ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə VXSİ Dövlət Agentliyinin və Elektron hökumət Portalının operatoru – RYTN Məlumat Hesablama Mərkəzinin də məsul nümayəndələri iştirak edib.

Müzakirələrin yekunu olaraq  Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın Təklifləri hazırlanıb

 Təkliflər

 Elektron hökumət Portalının və digər  dövlət informasiya ehtiyatlarının rəsmi məlumatları əsasında vətəndaşlar və hüquqi şəxslər tərəfindən bu informasiya resurslarında  formalaşdırılan elektron arayışların  bütün dövlət qurumları tərəfindən tanınması üçün “Elektron imza və elektron sənəd” haqqında Qanunun 24.4 bəndinə , “Elektron sənədlərin mübadiləsi qaydası” haqqında Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”na uyğun olaraq zəruri tədbirlər  hazırlamaq.

  1. Elektron arayışların tanınması məqsədilə Mərkəzi və Yerli icra hakimiyyəti orqanları tərəfindən öz tabeliklərində olan qurumlara rəsmi göstərişlər verilməsi üçün Nazirlər Kabinetinin tövsiyyəsini hazırlamaq
  2. Vətəndaşlar və hüquq şəxslər haqqında dövlət qurumlarında mövcud olan müxtəlif məlumatların da e-arayış və ya e-sənəd formasında əldə edilməsi üçün müvafiq Fərdi İnformasiya Sistemlərinin qanunvericilikdə nəzərdə tutulduğu qaydada FİN-ə uyğunlaşdırılması və Elektron hökumət portalına inteqrasiyasını sürətləndirmək  üçün konkret müddət müəyyən edilməklə tədbirlər hazırlamaq
  1. E-arayışlardan, e- sənədlərdən  istifadə sahəsində vətəndaşların bilik və bacarıqlarının artırılması  üçün zəruri tədbirlər hazırlamaq.
  2. ASAN xidmət mərkəzlərində vətəndaşların e-arayışlardan istifadəsi üçün imkanlar yaratmaq
  3. Elektron hökumət Portalının və digər  dövlət informasiya ehtiyatlarının rəsmi məlumatları əsasında vətəndaşlar və hüquqi şəxslər tərəfindən formalaşdırılan elektron arayışların populyarlaşdırılması və kütləviliyin təmin edilməsi üçün tanıtım işləri təşkil etmək.
  4. “Elektron-hökumət”-in formalaşması və bu  prosesin sürətlənməsi, elektron xdimətlərin genişlənməsi və dövlət hakimiyyəti orqanlarında informasiya texnologiyalarının genişmiqyaslı tətbiqi baxımından  dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması , “hökumət-vətəndaş”  və “hökumət-biznes”  münasibətlərinin daha effektiv və çevik qurulması, bürokratik əngəllərin aradan qaldırılması üçün mövcud hüquqi –normativ bazanı təkmilləşdirmək. Bu məqsədlə RYTN və VXSİ Dövlət Agentliyinin, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın, müstəqil ekspertlərin iştirakı ilə Monitorinq qrupunu yaratmaq

Osman Gündüz

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında
Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın kordinatoru,
Azərbaycan İnternet Forumunun prezidenti
012 4416054
0503117045
www.fb.com/elektronhokumet
@elektronhokumet

 Qeyd : Təkliflər  01 iyun 2015-ci il tarixdə RYTN və VXSİ Dövlət Agentliyinə təqdim edilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV