Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Azərbaycan Respublikasının Ali Məhkəməsinin www.supremecourt.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikasının Ali Məhkəməsinin www.supremecourt.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Ali Məhkəməsinin www.supremecourt.gov.az ünvanlı İnternet saytı e-xidmətlərin, onlayn müraciət imkanının, Ali Məhkəmənin tərkibi haqqında ümumi məlumat verilir, rəhbərlik və kollegiya haqqında bioqrafik məlumatlar  da təqdim olunmuşdur. Tabe qurumların, ayrı-ayrılıqda saytlarının olması, rəhbərləri, onlarla  əlaqə vasitələri və qurumların fəaliyyətini əks etdirən videosüjetlər hazırlanmışdır ki, bu da saytı zənginləşdirir. Vətəndaşların qəbul günləri və saatları, saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bununla belə, bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Məsələn, saytda qurumun büdcəsi, sahə işçilərinin əmək haqqı, tender və hərraclarla bağlı elanlar, boş iş yerlərinə qəbul haqda heç bir məlumat öz əksini tapmır. Qurumun sosial şəbəkələrdə səhifəsi mövcud olsa da, passiv səhifə olduğu o dəqiqə görünür.

Bütün bunları nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurum barədə təqdim edilmiş bütün bilgilər yetərli sayıldığından əlavə tövsiyəyə gərək duyulmur.

2.  Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da məlumatların daxil edilməsi tövsiyə edilir.

3. Qurumun strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar  haqqında məlumatlar yetərincə olduğu üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.

4. Rəhbər  işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyəyə ehtiyac duyulmur.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar, həmçinin mətbuat üçün açıqlamaların yenilənməsi yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər və əlavə xidmətlər haqqında geniş informasiyalar təqdim edilir. Elektron xidmətlər də mövcuddur. Burada qaynar xətt xidmətinin də daxil edilməsi tövsiyə olunur.

8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin saytda əks etdirilməsi tövsiyələr sırasındadır.

9. Növbəti tövsiyə isə saytda mövcud olmayan sahə işçilərinin əmək haqları barədə bilgilərin əks etdirilməsi ilə bağlıdır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün bu sahədə əlavə tövsiyə verilmir.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanları, tender elanlarının arxivi barədə gərkli bilgilərin təqdim edilməsi tövsiyə olunur.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə də əlavə tövsiyə verilmir.

13. Yaxşı olardı ki, saytın texniki imkanları sırasında  abunə imkanı  da göstərilsin və sosial şəbəkələrdə səhifəsi aktiv hala gətirilsin.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV