Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Auditor Palatasının www.audit.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSIYƏLƏR

posted by

Auditor Palatasının www.audit.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR

16 iyul 2007
Auditor Palatasının www.audit.gov.az domen adlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi üçün  “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bir sıra tövsiyələr aşağıda göstərilmişdir:

Auditor Palatası haqqında ümumi məlumatlar
 Auditor Palatasının  yaranma tarixi haqqında xüsusi blokun yaradılmsı və cari fəaliyyəti haqqında xəbərlər blokuna gündəlik fəaliyyəti eləcə də Press-Relizə aid olan xəbərlərin gündəlik verilməsi internet istifadəçilərinə maraqlı olardı. 

 Auditor üzvlərinin və digər vəzifəli şəxslərin adları, soyadları ilə yanaşı təhsil və ixtisasları barədə məlumatlar verilməsi yaxşı olardı.

 Ştat cədvəlinin və boş iş yerləri, işə  qəbul qaydalarının verilməsi və ya bu haqda izhat işi aparılması məqsədəuyğun olardı.

 Auditor Palatasının öz daxili əmr, sərəncam və qərarları haqqında məlumatların saytda yerləşdirilməsi yaxşı olardı.
 Öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısının verilməsi tövsiyə olunur.

 Yaxşı olardı rəhbər işçilərin qəbul saatları və  vətəndaşların qəbul  qaydaları barədə məlumatlar veriləydi.
Auditor Palatasının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları

 Yaxşı olardı ki, inkişaf planları və proqramları , Audit büdcəsi haqqında məlumatlar  saytda öz əksini tapaydı.

 Keçirdiyi  yoxlamalar haqqında  məlumatların verilməsi faydalı olardı.

 Özünə  aid olan informasiya  resursları haqqında məlumat verilməsi tovsiyə olunur. 

 Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatların verilməsi faydalı olardı.   

Göstərilən xidmətlərə dair məlumatlar.

 Saytın daha effektli olması üçün əlaqə blokuna və online interaktiv xidmətlərə üstünlük verilməlidir. Sual, təklif və sorğuların icmalı verilsə vətəndaşları maraqlandıran məsələnin həllinə kömək etmiş olardı. Ona görə belə xidmətlərə saytda xüsusi bölmə ayrılması və istifadəçilərə mümkün sahələrdə interaktiv xidmət göstərilməsi faydalı olardı.

 Eyni zamanda yaxşı olardı ki, müxtəlif müraciət  formalari, xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri saytda yerləşdirilsin.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV