Auditorlar Palatasinin www.audit.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
16 iyul 2007
Auditorlar Palatasinin www.audit.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb.
İlk baxışdan göründüyü kimi sayt informasiya bolluğu baximindan zəifdir və qanunun tələblərinə bir o qədər də cavab vermir. Sayt Qanunvericilik, AP üzvləri, Beynəlxalq əlaqələr, Nəşrlər, Audit –Azərbaycan ictimai birliyi, Yeniliklər və Auditorlar üçün baş menyulardan və uyğun alt menyulardan ibarətdir.
Auditorlar Palatası haqqında ümumi məlumatlarSaytın bu bölməsi qoyulan tələblərə uyğun yaradılmayıb. Belə ki, əsas menyularda Auditorlar Palatasının yaranma tarixi nəzərdə tutulmayıb. Düzdür ilk səhifədə Auditorlar Palatasının vәzifәsi, funksiyaları və sәlahiyyәtlәri haqqında qısa məlumat verilib. Ancaq həcm cəhətdən kifayyət deyildir.
İlk əsas menyu Qanunvericilik menyusudur. Bu menyuda “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının qanunu, Auditorlar Palatası haqqında əsasnamə və digər audit standartları yerləşdirilib. Audit üzvləri digər şöbələrin vəzifəli şəxsləri barədə məlumatlara AP üzvləri menyusunda xüsusi yer verilib.
Bu menyu “Sərbəst auditorlar”, “Yerli auditor təşkilatları”, “Xarici auditor təşkilatları” kimi alt menyulardan təşkil olunmuş və həmin alt menyularda uyğun istimatlər üzrə məlumatlar yerləşdirilib.
“Beynəlxalq əlaqələr” menyusunda Azərbaycan Respublikasının Auditorlar Palatası beynəlxalq əlaqələrinin coğrafiyasının və əhatə dairəsinin genişlənməsi, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər eləcə də Azərbaycan auditorlarının iştirakının intensiv xarakter alması, audit sahəsində xarici təcrübənin öyrənilməsi, müvafiq ədəbiyyatın və digər yardımçı materialların əldə edilməsi, əməkdaşlıq ünsiyyəti imkanlarının çoxalması üçün müntəzəm aparılan işlər haqqında məlumatlar şərh edilib.
Saytın “Nəşrlər” bölməsində audit sahəsində nəşr olunan vəsaitlər haqqında ətraflı məlumat verilib.
“Audit Azərbaycan ictimai birliyi” digər eyni adlı sayta ancaq keçid olsa da menyuya salınıb. “Yeniliklər” menyusunda “Press- Relizlər” və “Xəbərlər” kimi alt menyular daxil edilsə də həmin səhifələr yaxşı tərtib olunmayıb. Belə ki, Press-Reliz səhifəsi boşdur, xəbərlər səhifəsində isə ancaq xəbər başlıqları verilib, o da aprel 2007 –ci il tarixdən indiyə kimi dəyişiklik edilməyib. Göstərilən menyularda müəyyən informasiya yerləşdirilsə də bəzi məsələlər nəzərdən qaçmış və bir çoxu həllini tapmayıb. Vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlar tam verilməyib və aşağı səviyyədədir. Ştat cədvəli və boş iş yerləri haqqında məlumata rast gəlinmir.
Qeyd etmək lazımdır ki, iş yeri yoxdursa belə bu haqda müəyyən izahat işi aparılmayıb. Bundan başqa nazirliyin öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir.
Auditorlar Palatasının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozlarıBu blokda da yerləşdirilmiş informasiya həcmi qanunvericilik tərəfindən qarşıya qoyulmuş bir çox tələblərə cavab vermir. Auditorlar Palatasının cari fəaliyyəti, şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında məlumatlar normal səviyyədə yerləşdirilməyib. Saytda diqqət çəkən məqamlardan biri dövlət büdcə məsələlərinə ümumiyyətlə toxunulmamağıdır. Burada Auditorlar Palatasının büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə operativ məlumat, büdcə səviyyəsinin kodu, büdcə təsnifatları və büdcə təşkilatları haqqında heç bir məlumata rast gəlinmir. Bunlarla yanaşı saytda digər çatışmazlıqlar var:
• Dövlət satınalmaları, müsabiqələr, tenderlər haqqında məlumatlara yer ayrılmayıb.
• Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatlar yoxdur.
• Özünə aid olan informasiya resursları haqqında məlumatlar yoxdur.
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar yoxdur.
Göstərilən xidmətlərə dair məlumatlar.
Heç bir qarşılıqlı əlaqə xidmətləri saytda normal təşkil olunmayıb. İnteraktiv online xidmərləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.
Sayt olan texniki tələbatlar
1. Sayta olan texniki tələblər normal şəkildə yerinə yetirilmişdir.