Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.azstat.org domen ünvanlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ile bağlı
TÖVSİYƏLƏR
19 iyul 2007
İlk baxışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin öz rəsmi veb-saytı informasiya baxımından dövlət saytlarına qoyulan tələblərə cavab vermir. Qanunun tələblərinə uyğun olaraq araşdırdıqda görmək olur ki, saytda bir çox çatışmazlıqlar var. Bu çatışmazlıqları aradan qaldırmaq üçün bir sıra tövsiyələr edilmişdir.
1. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin cari fəaliyyəti haqqında xəbərlər səhifəsində komitənin gündəlik fəaliyyətinə aid olan xəbərlərin gündəlik verilməsi internet istifadəçilərində statistik informasiya sahəsində geniş bilgi verərdi.
2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sistemində inzibati və yardımçı vəzifələri müvafiq ixtisas təhsilli kadrlarla təmin etmək məqsədilə yaradılmış konsepsiya saytda verilib. Ancaq komitənin rəhbər işçiləri haqqında heç bir məlumata rast gəlinmir. İşə qəbul haqda elan yoxdur. Bu çatışmazlıqları aradan qaldırmaq üçün saytda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ştat cədvəli, boş iş yerləri, işə qəbul üçün müsabiqə qaydaları, müsabiqənin yekunları haqqında məlumatlar qanunun tələblərinə uyğun olaraq yerləşdirilməsi faydalı olardı. Eyni zamanda yaxşı olardı ki, bu məlumatlara rəhbər işçilər haqqında və vətəndaşların qəbul qaydaları haqqında məlumatlar əlavə olunaydı.
3. Saytda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar əlavə olunsa daha faydalı olardı.
4. Yaxşı olardı ki, komitənin daxili əmr, sərəncam və qərarları haqqında da məlumatlar saytda öz əksini tapaydı.
5. Dövlət satınalmaları haqqında, tender elanları , eləcə də konkret aparılmış alqı-satqının nəticələri haqqında məlumatın saytda verilməsi yaxşı olardı.
6. Tövsiyə olunur ki, saytda statistikas ilə əlaqəli dövlət sirri təşkil edən məlumatların siyahısı verilsin.
7. Saytda beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar öz əksini tapmayıb.
8. Sual, təklif və sorğuların icmalı verilsə vətəndaşları maraqlandıran məsələnin daha tez həllinə kömək etmiş olardı.
9. Saytda xüsusi blokun ayrılması və istifadəçilərə mümkün sahələrdə interaktiv xidmət göstərilməsi faydalı olardı.
10. Əhaliyə daha effektiv xidmət etmək üçün göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında məlumatlar saytda yerləşdirilsə yaxşı olardı.
11. Yaxşı olardı ki, müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri saytda yerləşdirilsin.
12. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat bazaları üzrə axtarış sistemin olması yaxşı olardı.