Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Azərbaycan Respublikasi Dövlət Statistika Komitəsinin Internet saytının monitorinqinin yekunu

posted by

Azərbaycan Respublikasi Dövlət Statistika Komitəsinin Internet saytının monitorinqinin yekunu

19 iyul 2007

“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən “Azərbaycan Respublikasi Dövlət Statistika Komitəsinin www.azstat.org domen adlı rəsmi saytının monitorinqi  aparılıb. Monitorinq nəticəsində məlum olmuşdur ki, sayt bir çox statistik məlumatları özündə cəmləsə də  dövlət tərəfindən dövlət saytlarına qoyulan tələb kimi qəbul edilmiş qaydalara cavab vermir və informasiyanın mövcudluğu, həcmi, onun keyfiyyət və aktuallıq göstəricilərinə görə aşağı səviyyədədir. Saytın ilkin görünüşü komitənin adının Azərbaycan və ingilis dilində yazılmış səhifəsi ilə açılır. Bundan sonra uyğun dili seçdikdə baş menyular olan birinci səhifə açılır.  Baş menyuda Dövlət Statistika Komitəsi haqqında, Statistik nəşrlərin kataloqu, MYXS – Məlumatların yayılmasının xüsusi standartı, Statistik informasiyaların məlumat bazası kimi informasiya əks olunur.

Dövlət orqanı haqqında ümumi məlumatlarBu bölmə haqqında məlumatlar Dövlət Statistika Komitəsi haqqında menyusunda nəzərdə tutulub. Bu menyuda Statistika haqqında Azərbaycan Respublikasının qanunu, Dövlət Statistika Komitəsi haqqında Əsasnamə, Təskilatın strukturu, Kadr siyasəti, Statistik işlərin dövlət proqramı, Statistikanın tarixi, Azərbaycan Dövlət Statistika Komitəsinin kitabxanası kimi alt menyular yerləşdirilib. Həmin alt menyularda Azərbaycan Dövlət Statistika Komitəsinin tarixi, strukturu, struktur bölmələri haqqında əsasnamələr və rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı verilib. Qeyd etmək lazımdır ki, altmenyularda göstərilən səhifələrə keçiddən sonra geriyə qayıdış imkanları nəzərə alınmayıb. Eyni zamanda burada komitənin vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə,  ştat cədvəlləri, boş iş yerləri və namizədlərə  verilən tələblər, işə  qəbul və müsabiqə qaydalarına rast gəlinmir. Bundan başqa komitənin fəaliyyəti zamanı verilən əmr,  sərəncam və qərarlar öz əksini tapmayıb. Saytın zəif cəhətlərindən biri də rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul  qaydalarının olmamağıdır.

Dövlət orqanlarının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozlarıBu bölməyə aid olan informasiya demək olar ki, aşağı səviyyədə göstərilib. Saytda olan Azərbaycan Rəqəmlərdə, Azərbaycanın makroiqtisadi göstəriciləri, Yeni iş yerləri, Ərzaq təhlükəsizliyi üzrə informasiya sistemi, Metodologiya, Statistik hesabatların formaları menyuları ancaq ümumi statistik məlumatları əhatə edir və bir çox lazımi məsələləri həll etmir. Belə ki, komitənin cari fəaliyyəti haqqında məlumatlar birinci səhifədə xəbərlər hissəsində verilib. Ancaq bu informasiya həcmi və aktuallıq baxımdan kifayət deyil. İnformasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları yoxdur. Vətəndaşlardan ərizə, şikayət və təkliflərin qəbulu üçün  şərait yaradılmayıb. Beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalara yer ayrılmayıb.

Bundan başqa aşağıda göstərilən bir çox məqamlar saytda öz həllini tapmayıb:

• Özünə  aid olan informasiya  resursları haqqında məlumatlar;
• Satınalmalar barədə məlumatlar;
• Dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə;
• Təklif olunan kreditlər və  qrantlar, onların şərtləri və istifadəsi, haqqında məlumatlar; 
• Tədbir və onlar haqqında məlumatlar;
• Ayrılan Dövlət büdcəsi haqqında və dövlət büdcəsinin icrası barədə hesabatlar;
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar;

Göstərilən xidmətlərə dair məlumatlar

1. Əhaliyə göstərilən ictimai xidmətlər, onların qiymətləri və tarifləri haqqında, tariflərin formalaşması haqqında, habelə xidmət göstərilməsi zamanı qiymətlərdə və tariflərdə edilən dəyişikliklər barədə məlumatlar yoxdur.
2. OnLine və interaktiv xidmətlər saytda nəzərdə tutulmayıb.
3. Müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və icazələrlə  bağlı formalar və onların doldurulmuş nümunələri, tələb olunan  sənədlərin siyahısı yoxdur.

Texniki tələbatlar 1. Sayt üzrə və saytda yerləşdirilmiş məlumat  bazaları üzrə axtarış sistemi yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV