Hesablama Palatasının www.ach.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
23 iyul 2007
Hesablama Palatasının www.ach.gov.az domen adlı rəsmi internet saytında bəzi çatışmayan cəhətləri aradan qaldırmaq üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bir sıra tövsiyələr hazırlanıb və onlar aşağıda göstərilmişdir:
Hesablama Palatası haqqında ümumi məlumatlar
Hesablama Palatasının yaranma tarixi və inkişafı haqqında məlumat kəmiyyət cəhətdən artırılsa yaxşı oıardı.
Gündəlik fəaliyyət eləcə də xəbərlərin ardıcıl olaraq dəyişdirilməsi zəruridir
Audit üzvlərinin və digər vəzifəli şəxslərin adları, soyadları ilə yanaşı təhsil və ixtisasları barədə məlumatlar daha geniş verilməsi yaxşı olardı.
Ştat cədvəlinin verilməsi və ya bu haqda izahat işi aparılması məqsədəuyğun olardı.
Hesablama Palatasının öz daxili əmr, sərəncam və qərarları haqqında məlumatların saytda yerləşdirilməsi yaxşı olardı.
Öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısının verilməsi tövsiyə olunur.
Yaxşı olardı rəhbər işçilərin qəbul saatları və vətəndaşların qəbul qaydaları barədə məlumatlar veriləydi.
Hesablama Palatasının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları Hesablama Palatasının balansında olan əmlak və əmlakın satılması eləcə də onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatların verilməsi faydalı olardı.
Tenderlərə aid məsələlər və inkişaf planları və proqramları haqqında məlumat saytda öz əksini tapsaydı yaxşı olardı.
Keçirdiyi audit yoxlamaları haqqında məlumatların ictimayət üçün açıqlanması faydalı olardı.
Öözünə aid olan informasiya resursları verilməsi tovsiyə olunur.
Yaxşı olardı ki, audit büdcəsi haqqında məlumatlar saytda nəzərdə tutulaydı.
Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatların verilməsi faydalı olardı.
Göstərilən xidmətlərə dair məlumatlar.
Göstərilən xidmətlərə dair məlumatlar saytda yenidən qurusa yaxşı olardı. Belə ki, saytın daha effektli olması üçün əlaqə blokuna və online interaktiv xidmətlərə üstünlük verilməlidir. Sual, təklif və sorğuların icmalı verilməli və vətəndaşları maraqlandıran mümkün sahələrdə interaktiv xidmət göstərilməsi faydalı olardı.
Eyni zamanda yaxşı olardı ki, müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri saytda yerləşdirilsin.
Sayt olan texniki tələbatlar
Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər qoyulması yaxşı olardı.