Hesablama Palatasinin www.ach.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
23 iyul 2007
Hesablama Palatasinin www.ach.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb və saytda yerləşdirilmiş informasiyanın müvafiq qanunvericiliyin cavab verməsi yoxlanılıb. Monitorinqin nəticələrinə görə analizin yekunları aşağıda göstərilmışdır:
İlk baxışdan göründüyü kimi saytın informasiya təminatı həm kəmiyyət və həm də keyfiyyət baxımından zəif təşkil edilib. Belə ki, Nazirlər Kabinetinin dövlət saytlarına olan müvafiq tələblərinin çoxu saytda öz əksini tapmayıb. Saytın ümumi görünüşü Əsas səhifə, Yeniliklər, Hesablama Palatası haqqında ümumi məlumat, Hesablama Palatasının fəaliyyətinin hüquqi əsasları, Nəzarət fəaliyyəti, Ekspert-analitik fəaliyyəti, Normativ, hüquqi və metodiki təminat, Beynəlxalq fəaliyyət, Rəy, məlumat və hesabatların arxivi, Hesablama Palatasının rekvizitləri, Saytın xəritəsi kimi menyulardan ibarətdir.
Hesablama Palatası haqqında ümumi məlumatlarSaytın əsas səhifəsi Hesablama Palatasında vakant vəzifələrin tutulması üçün
müsabiqə haqqında elanla açılır. Ancaq elanda verilmiş müddət çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib. Menyunun Yeniliklər bölümündə xəbərlər nəzərdə tutulub. Ancaq 29.05.2007 –ci il tarixdən sonra səhifədə xəbərlərdə yeniliklər edilməyib. Azərbaycan Respublikasının Hesablama Palatası haqqında ümumi məlumat eyni adlı xüsusi menyuda nəzərdə tutulsa da orada yerləşdirilən informasiya kəmiyyət baxımından çox azdır. Yəni Hesablama Palatası haqqında tam məlumatı əks etdirmir. Audit üzvləri digər şöbələrin vəzifəli şəxslərin adları və şəkilləri verilsə də onlar haqqında dolğun informasiya yoxdur. Belə ki, vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlar tam verilməyib. Bundan başqa göstərilən bölmədə verilməsi tələb olunan bəzi məsələlər nəzərdən qaçmış və bir çoxu həllini tapmayıb. Burada ştat cədvəli haqqında məlumat yoxdur. Eyni zamanda Hesablama Palatasının öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir. Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul qaydaları ümumiyyətlə saytda nəzərdə tutulmayıb.
Hesablama Palatasının fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozlarıBu bölümə aid Hesablama Palatasının fəaliyyətinin hüquqi əsasları menyusu Hesablama Palatasının öz fəaliyyətini həyata keçirmək üçün hazırlanmış normativ-metodiki sənədləri, Azərbaycan Respublikasının Konstitusiyasını, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının qanununu, Azərbaycan Respublikası Hesablama Palatasının daxili nizamnaməsini və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının qanununu özündə cəmləyir. Digər Nəzarət fəaliyyəti menyusu isə Azərbaycan Respublikası Hesablama Palatasının funksiyalarına əsasən həyata keçirilən dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətlərinə uyğun olaraq aparılan auditin növləri haqqında məlumatları əks etdirir. Bundan başqa növbəti menyularda da Hesablama Palatasının fəaliyyətinin normativ, hüquqi və metodiki təminatı haqqında məlumatlar yerləşdirilib. Yekunlaşdıraraq demək olar ki, bu bölümdə də yerləşdirilən informasiya həcmi qanunvericilik tərəfindən qarşıya qoyulmuş bir çox tələblərə cavab vermir. Belə ki, Hesablama Palatasının cari fəaliyyəti yaxşı işıqlandırılmayıb. Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında məlumatlar yerləşdirilməyib. Saytda zəif cəhətlərdən biri də büdcə və onun icrası məsələlərinin ümumiyyətlə nəzərə alınmamasıdır. Burada Hesablama Palatasının büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.
Bunlarla yanaşı saytda digər zəif məqamlar aşağıdakılardır:
• Tenderə çıxarılacaq sahələr haqqında məlumatların olmaması;
• Özünə aid olan informasiya resurslarının yoxluğu;
• Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatların olmaması
• Hesablama Palatasının balansında olan əmlak haqqında məlumata yer verilməməsi;
• Hər hası alqı-satqı əməliyyatı barədə heç bir məlumatın verilməməsi;
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatların olmaması;
Göstərilən xidmətlərə dair məlumatlar.
Demək olar ki, bu bölümdə qanunda nəzərdə tutulan tələblər nəzərə alınmayıb. Belə ki, heç bir qarşılıqlı əlaqə xidmətləri saytda normal təşkil olunmayıb. İnteraktiv, online xidmərləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.
Sayt olan texniki tələbatlar
1. Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər qoyulmayıb.