Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin www.scwra.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin www.scwra.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin www.scwra.gov.az ünvanlı İnternet saytı dolğunluğu, videosüjetlərin yerləşdirilməsi baxımından fərqlənir. Saytda özəlliklə də dini qurumlar, məscidlər, kilsələr, sinaqoqlar, digər dini qurumlar, dini nəşrlər və bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Yəni saytın funksionallığı, ayrıca e-xidmətlər bölməsinin təqdim edilməsi ilə də diqqət çəkir. Saytda  qurumun strukturu, rəhbər haqqında bioqrafik bilgilərin olması, qaynar xəttin, sosial şəbəkələrdən tvitter, fasebook, youtube-da  yer alması təqdirəlayiq hal sayılır. Saytda ziyarətçi kimi ən çox bəyəndiyimiz dini xəritənin qurulmasıdır ki, bu da saytın diqqətlə hazırlanmasının göstəricisidir. Xəritədə hansı şəhərdə hansı dini qurumun yerləşməsi haqda geniş məlumat almaq mümkündür. Saytda əsir abidələr bölməsinə nəzər yetirdikdə Azərbaycanın işğal altında olan torpaqlarındakı dini abidələr haqda ətraflı məlumat verilir. Həmçinin, bu abidələrin ayrıca fotoları təqdim olunur. Ziyarətgahlar bölməsində də geniş məlumatlar mövcuddur. Bir sözlə, saytda sahə ilə bağlı kifayət qədər geniş bilgilər təqdim edilmişdir ki, bu da ziyarətçidə xoş təəssürat yaradır. Sayt bir ziyarətçi kimi tərəfimizdən bəyənildi.

Bütün bunlarla bərabər saytda bəzi bilgilərin də çatışmadığı gözdən qaçmır. Beləliklə, saytın ümumi görünüşü aşağıdakı kimidir:

1.    Qurumun tarixi, strukturu, rəhbəri, struktur bölmələrinin rəhbərləri haqda ətraflı məlumat mövcuddur. Həmçinin, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza əsasnamə və təlimatlar haqda da bilgilər təqdim edilib.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları haqqında bilgi verilmişdir. Qurumun ünvanının marşrut və sxemi haqqında, həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə bilgilər isə yoxdur.

3.    Qurumun strukturnun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilir. Lakin burada təqdim edilməyən regional bölmələr və alt qurumların rəhbərləri haqda məlumat və onlarla əlaqə vasitələridir.

4.    Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər saytda öz əksini tapmışdır.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Həmçinin qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) bilgi  də təqdim edilib. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə məlumatlar da saytda yer almışdır.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi və qaynar xətt  əks etdirilir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də təqdim edilməyən bilgilər sırasındadır.

9.    Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədədir.

10.       Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə  qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilər təqdim edilir. Lakin burada dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərə rast gəlinmir.

11.  Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarına da saytda rast gəlinmir.

12.  Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.

13.  Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sosial şəbəkələrdən facebook, tvitter, youtube və s. Şəbəkələrdə səhifələri mövcuddur. Ancaq abunə imkanı çatışmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV