Azərbaycan Respublikası Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin www.scwra.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, xüsusilə dini icmalar, qurumlar, ziyarətgahlar haqqında kifayət qədər məlumatlar mövcuddur. Burada çatışmayan bilgi həmin qurumların rəhbərləri haqda məlumatlar və onlarla əlaqə formalarıdır. Məsələn, dini xəritədə çox gözəl formada hansı bölgədə neçə dini icmanın və hansı qurumun, ziyarətgahın yerləşməsi haqda bilgi təqdim edilsə də, həmin qurumların telefon nömrələri və rəhbərlərinin heç olmasa ad və soyadı da göstərilsəydi məlumat daha dolğun olardı. Lakin, biz buna rastlamadıq. Quruma işə qəbul qaydaları və boş iş yerləri haqda, həmçinin, sahə işçilərinin əmək haqları barədə heç bir məlumata rast gəlinmir. Saytın texniki imkanları və funksionallığı öz yerindədir, sosial şəbəkələrə qoşulma aktivliyi və qaynar xəttinin olması diqqət çəksə də, abunə imkanının olmaması nəzərdən qaçmır. Saytda e-xidmətlərin olması təqdirəlayiq haldır.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Qurumun tarixi, strukturu, rəhbəri, struktur bölmələrinin rəhbərləri haqda ətraflı məlumat mövcuddur. Həmçinin, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza əsasnamə və təlimatlar haqda da bilgilər təqdim edilib. Buna görə də bu sahədə əlavə tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı, yaxşı olardı ki, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də bilgi verilsin.
3. Qurumun strukturu barədə təqdim edilmiş bilgilər sırasına regional bölmələr və alt qurumların rəhbərləri haqda məlumat və onlarla əlaqə vasitələri barədə məlumatların da əlavə edilməsi tövsiyə olunur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları saytda əks etdirildiyi üçün əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilər yetərli olduğundan heç bir tövsiyəyə ehtiyac duyulmur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda təqdim edilməsi tövsiyə olunur.
7. Qurum tərəfindən təklif edilən mütləq və əlavə xidmətlər sahəsində əlavə tövsiyəyə ehtiyac duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edilməsi tövsiyə olunur.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə əks etdirilmiş bilgilərlə yanaşı dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin də əks etdirilməsi tövsiyə olunur.
11. Növbəti tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi də tövsiyələr sırasındadır.
12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapdığı üçün əlavə tövsiyəyə gərək duyulmur.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Yalnız abunə imkanının da əlavə edilməsi tövsiyələr sırasındadır.