Azərbaycan Respublikası Hava Yolları (QSC)-nin www.azal.az ünvanlı İnternet saytı elektron xidmətlərə və sahə üzrə məlumatların təqdimatına görə, dolğun şəkildə təqdim edilməkdədir. Qurumun tarixi, abunə imkanı, onlayn müraciət imkanları, qəbul günləri, satış ofisləri, müştəri xidmətləri, onlayn bilet sifarişi, mile-balların toplanması haqqında, onlayn tablonun verilməsi, uçuş xəritəsi, elektron xidmətlər, daşınmaların xüsusi halları, bizim hava gəmilərimiz, Azərbaycanın hava limanları, ofis və nümayəndəliklər, hava gəmisində daşınmasına icazə verilməyən əşyalar, hava gəmisində qida təminatı, baqaj haqqında məlumat, uçuş zamanı əyləncə, sərnişinlər üçün davranış qaydaları, biznes-sinif, ekonom –sinif, təhlükəli əşyalar, sərnişinlər üçün davranış qaydaları – bir sözlə, lazım olan bütün məlumatları əldə etmək mümkündür. Lakin qurumun rəhbərliyi və struktur rəhbərləri haqda heç bir bioqrafik bilgiyə rast gəlinmir. Saytın struktur sxeminin olmaması, rəhbərlik və aparat haqqında heç bir məlumatın təqdim edilməməsi, qaynar xəttinin yoxluğu çatışmayan cəhətlərdəndir. Həmçinin, qurumun büdcəsi haqqında bilgilərə, sahə işçilərinin tarif stavkasına da rast gəlinmir. Qurumun alt bölümləri və regional bölmələri haqda məlumatlar geniş verilmişdir. Amma regional qurumların rəhbərləri haqqında heç bir bilgi saytda göstərilməyib.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurumun tarixi haqda verilən ətraflı bilgi yetərli sayılsa da, qurumun rəhbərliyi və kollegiya haqda heç bir məlumata rast gəlinmir. Qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar göstərilmişdir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi, aparat işçilərindən QSC-nin prezidenti və digər rəhbər işçilər haqda da heç bir bilgiyə rast gəlinmir. Qurumun alt bölmələrinin ünvanları, əlaqə vasitələri barədə məlumatlar verilsə də, alt qurumların rəhbərləri haqda heç bir bilgi təqdim olunmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqə vasitələri verilsə də, qurumun rəhbərinin bioqrafiyası və struktur bölmələrinin rəhbərləri haqqında heç bir bioqrafik bilgilər yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumun mətbuat üçün açıqlamalar və tezliyi yenilənir. Qurumdaxili əmr və qərarlar da saytda öz əksini tapır.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir. Həmçinin, büdcədənkənar daxilolmalar barədə də heç bir bilgi təqdim edilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər saytda geniş şəkildə öz əksini tapmışdır. Lakin qaynar xətt yoxdur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında həmçinin, işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də hər hansı bir bilgiyə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə də saytda heç bir bilgilər mövcud deyildir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar saytda öz əksini tapmışdır. Amma dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təqdim edilməyib.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların keçirilməsinin nəticələri, tender elanlarının arxivi, tender və yarışmaların mübahisəli həlli qaydaları ilə bağlı heç bir məlumat saytda əksini tapmayıb.
12. Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri haqda saytda bilgi verilib.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sayta abunə yazılmaq mümkündür. Sosial şəbəkədə də səhifəsi təqdim olunur. Sosial şəbəkədə səhifəsini aktiv qiymətləndirmək olar.