Friday 22nd November 2024,

2015

Ξ Leave a comment

Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az ünvanlı İnternet saytı xeyli təkmilləşdirilib. Qurumun tarixi, rəhbəri, onun müavinləri haqda bioqrafik məlumat verilir, aparat, kollegiya və struktur rəhbərləri haqda da məlmatlar təqdim olunur. Qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza -əsasnamə və təlimatlar da saytda mövcuddur. Qurumun strukturu, struktur rəhbərlərinin əlaqə vasitələri, onlayn əlaqəsi, qaynar xətti, ünvanı, boş iş yerlərinin elanları, vətəndaşların qəbul qaydaları  haqda məlumatlar saytda öz əksini tapır. Ümumilikdə yaxşı təsir bağışlasa da, saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır.  Məsələn, quruma gəlmək üçün marşrut sxemi, ictimai nəqliyyat haqqında, qurumun büdcəsi, büdcədənkənar daxilolmalar, rəhbər işçilərin tarif stavkası, tender elanları, tender və hərrac yarışmalarının keçirilmə qaydaları, nəticələri, qurumun sosial şəbəkələrdə səhifələri mövcud deyildir. Qaynar xətt təqdim edilir, lakin saytın ön hissəsində qoyulmamışdır.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi, rəhbəri, kollegiya, ünvanı, fəaliyyətini həyata keçirmək üçün qanunverici baza- əsasnamə və təlimatlar saytda təqdim edilmişdir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturu ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər də (aparat, struktur, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar) da təqdim edilən bilgilərdəndir.

4. Rəhbər işçilər onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər də göstərilir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar olsa da, bu açıqlamaların tezliyi o qədər də intensiv deyil.  Qurumdaxili əmr və qərarlar da təqdim edilmişdir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Lakin Qaynar Xətt saytın ön hissəsində görünən yerdə deyildir.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında  işə qəbulun norma və qaydaları barədə ətraflı bilgilər təqdim edilir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də saytda əks olunur.

9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə  də məlumatlar təqdim olunmuşdur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar barədə heç bir bilgi təqdim edilmir. Digər bilgilər – tender və yarışmaların keçirilməsi qaydaları, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.

12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri öz əksini tapmışdır.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Burada  abunə imkanı yoxdur. Əks əlaqə üçün onlayn forma olsa da, qurumun sosial şəbəkələrdə səhifəsinin olmaması diqqətdən qaçmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV