Xarici işlər Nazirliyinin www.mfa.gov.az domen adlı rəsmi
internet saytının monitorinqinin yekunu
27 iyul 2007
Xarici işlər Nazirliyinin www.mfa.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb və mövcud qanunvericiliyin tələblərinə cavab verməsi məsələləri araşdırılıb. Araşdırma nəticəsində məlum olmuşdur ki, saytda nazirliyin fəaliyəti barədə geniş informasiya toplusu olsada bəzi məsələlər nəzərə alınmamışdır. Aparılmış analizin nəticəsi aşağıda göstərilib:
Xarici işlər Nazirliyinin haqqında ümumi məlumatlar
Saytın ilk yüklənməsi ingilis dilində olan əsas səhifə ilə açılır. Bu səhifədə “az” sahəsinə mous göstəricisini sıxmaqla Azərbaycan dilli səhifəni açmaq olar.
Əsas səhifənin Azərbaycan Respublikası menyusunda Ümumi məlumat başlığı altında Azərbaycan haqqında ümumi məlumat, Təbiət və sərvətlər alt menyusunda Azərbaycanın coğrafiyası və təbii sərvəti haqqında məlumat yerləşdirilib. Tarix alt menyusunda tarixi hadisələr nəzərdə tutulsa da həmin səhifəsini açmaq mümkün olmadı. Bundan başqa bu menyuda Əhali, mədəniyyət və din, Siyasət, Sosial və mədəniyyət məsələləri, İqtisadiyyat məsələləri kimi məlumatlar toplanıb. Qeyd etmək lazımdır ki, bu menyuda Xarici İşlər Nazirliyinin yaranması və tarixi haqqında məlumata rast gəlinmir. Diplomatik xidmət menyusunun XİN-in strukturu alt menyusunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturu nəzərdə tutulmuşdur. Eyni zamanda bu menyuda ayrıca Xarici işlər naziri, Nazir müavinləri və Diplomatik və konsulluq nümayəndəlikləri barədə məlumat verilib. Lakin onların qəbul günləri, qəbul saatları ümumiyyətlə saytda qəbul qaydaları verilməyib. Nazirliyin daxili əmr və sərancamları saytda öz əksini tapmayıb. Saytın müsbət tərəflərindən biri işə qəbul haqqında ayrıca menyunun yaradılmasıdır. Bu menyuda Elan, Müsabiqənin keçirilməsi qaydaları, Müsabiqənin proqramı, Test sualların nümunəsi kimi lazımi informasiya verilib.
Ancaq ştat cədvəlinin saytda yerləşdirilməsi nəzərdən qaçıb.
Xarici işlər Nazirliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları
Saytın Nazirliyin fəaliyyəti barədə məlumatlar bazası normal səviyyədə təşkil olunub. Belə ki, Azərbaycanda xarici ölkələrin nümayəndəlikləri, Xarici siyasət və beynəlxalq münasibətlər, Konsulluq xidməti menyuları dövlətin geniş diplomatik fəaliyyətini əks etdirir. Bundan başqa normativ hüquqi aktlar və ictimai əhəmiyyətli konsepsiyaları, inkişaf planları, proqramlarının layihələrinin sənədlər toplusu şəklində verilib. Bunlarla yanaşı saytda qanunvericiliyin tələb etdiyi aşağıdakı məqamlar öz əksini tapmayıb:
• Saytda informasiya infrastrukturu, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları yoxdur. Informasiya sorğuları üçün məsul şəxs göstərilməyib.
• Şikayət, təklif və sorğuların icmalı verilməyib;
• Ümumiləşdirilmiş statistik məlumatlar yetərli deyil;
• Nazirliyin balansında olan dövlət əmlakı haqqında məlumatlar nəzərdə tutulmayıb;
• Alqı-satqı əməliyyatı haqqında məlumata rast gəlinmir, Kreditlər, qrantlar, onların şərtləri və istifadəsi barədə informasiya yoxdur.;
• Tenderə çıxarılacaq sahələr və onların nəticələri haqqında məlumatlar verilməyib;
Göstərilən xidmətlərə dair məlumatlar.Demək olar ki, bu bölüm üçün nəzərdə tutulan tələblər yerinə yetirilməyib. Belə ki, qarşılıqlı əlaqə xidmətləri saytda nəzərə alınmayıb. İnteraktiv, online xidmətləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib
Sayt olan texniki tələbatlar Saytda texniki tələbatların ödənilməsi prinsipi normaldır.