Thursday 21st November 2024,

Xəbərlər

Ξ Leave a comment

“İnformasiyanın əldə olunmasında şəffaflıq”

posted by

31 Iyul, 2007 2005-ci il Sentyabrda Azərbaycanda İnformasiyanın əldə edilməsi haqqında qanun qəbul edilmişdir. Qanun ölkə vətəndaşlarına onları maraqlandıran suallar və məlumat üçün informasiya sahiblərinə müraciət etmək imkanı və haqqı verir. Milli Büdcə Qrupunun və Azadliq radiosunun 31 İyul-da birgə təşkil etdiyi “Şəffaflıq” verilişi bu həftə “İnformasiyanın əldə olunmasında şəffaflıq” mövzusuna həsr edilmişdi. Verilişin qonaqları Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, “İnformasiya cəmiyyətinin inkişafı departamenti”nin müdiri Rüfət Gülməmmədov və “Milli İnternet Forumunun” sədri Osman Gündüz olmuşdur.

Aparıcının ölkəmizdə “İnformasiyanın əldə olunmasında şəffaflıq qənaətbəxşdirmi?” sualına cavab olaraq, Osman Gündüz qeyd etdi ki, bu gün ölkəmizdə bu sahə üzrə qanun mükəmməldir, lakin qanunun mükəmməl olması onun icrasının da yüksək səviyyədə olduğu demək deyildir. Bü gun Azərbaycanda “İnformasiyanın əldə edilməsi” haqqında qanunun icra səviyyəsi çox zəifdir. Bu sahədə çoxsaylı monitorinqlər aparılıb. Bu istiqamətdə müsbət addımlar var. Əksər qurumlarda internet resursları yaradılıb. Bu sahədə informasiya infrastrukturlarının yaradılması zəruridir. Əksər qurumların veb- saytlarında vətəndaşlara lazım olan məlumatlar yox, qurumların istədiyi məlumatlar yerləşdirilib.
Eyni suala cavab olaraq Rüfət Gülməmmədov bildirdi ki, hər bir vətəndaşın almalı olduğu məlumat ona 7-15 gün ərzində çatdırılmalıdır. Hal-hazırda qurumların əksəriyyətinin veb-saytları vardır və onlar 34 adda məlumatı saytda tam açıqlamalıdırlar.

Aparıcının növbəti “Qurumların saytlarında əsasən hansı məlumatlar gizlədilir və yaxud heç açıqlanmır?” sualına Osman Gündüz cavab verərək bildirdi ki, bu gün saytlarda tenderlər, dövlət alqı-satqıları, müsabiqələr, büdcə, onun icrası və xidmətlər üzrə məlumatlar yox dərəcəsindədir. Toplantılar haqqında əvvəldən məlumat verilməlidir, amma heç toplantılardan sonra da məlumat verilmir.

Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyətində heç bir məlumat verilmir. Əksər qurumlarda isə informasiya istehsalı zəifdir. Kağız halında məlumatlar mövcud olduğu halda onlar elektron versiyaya keçirilmir. Rüfət Gülməmmədov qeyd etdi ki, Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin saytında 34 növ məlumat mövcuddur.

Bu sahədə şəffaflığa nə mane olur? Bu suala Rüfət Gülməmmədov cavab verdi ki, ölkəmizdə hələ informasiya cəmiyyəti zəifdir və təzə-təzə formalaşmaqdadır.

Növbəti “İnformasiya əldə etməyin çətinliyinin səbəbi nədir?” sualına Osman Gündüz cavab verdi. Qanunların mükəmməl olduğu halda informasiyanın əldə oluna bilməməsi konservatizmin mövcud olduğunu göstərir. İnformasiya açıqlığı üçün hökümət tərəfindən ciddi addımlar atılmalıdır. Osman Gündüz onu da qeyd etdi ki, şəffaflığın təmin olunması üçün dövlət orqanlarında informasiya istehsalını formalaşdırmaq lazımdır. ( Mənbə : http://www.nbg.az )
Daha  geniş məlumatla  Azadlıq  Radiosunun www.azadliq.org saytında tanış ola  bil
ərsiniz

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV