Thursday 25th April 2024,

2007

Ξ Leave a comment

Bakı Şəhər İcra Hakimiyyətinin www.bakucity.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Bakı Şəhər  İcra Hakimiyyətinin www.bakucity.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
30 iyul 2007

Bakı Şəhər  İcra Hakimiyyətinin www.bakucity.az domen adlı rəsmi internet saytının   monitorinqi aparılıb. Monitorinq zamanı  saytın mövcud  qanunvericiliyin tələblərinə  cavab verməsi yoxlanılıb:

Saytın əsas səhifəsi Bakı Şəhər  İcra Hakimiyyətinin binasının görünüşünün şəkli ilə açılır. Sayt  üç dildə fəaliyyət göstərir. Uyğun dilli versiya yükləndikdə səhifədə aşağıda göstərilən menyular görünür.

Səhifənin sağ tərəfində Ümumi məlumat, BŞİH-nin tarixi, Bakının gerbi, BŞİH-nin binası və onun tarixi, BŞİH-nin başçısı, BŞİH-nin strukturu, Beynəlxalq əlaqələr, Nəqliyyat sisteminin təkmilləşdirilməsi, Qəsəbələrin sosial-iqtisadi inkişafı, İcra Hakimiyyətinin nəşriyyat orqanları, Əlaqə kimi menyular əsasən BŞİH-nin bir başa fəaliyyətini, yuxarı tərəfində Xəbərlər, Anonslar,  Tarix,  Ərazi, Mədəniyyət, Səhiyyə, Təhsil kimi menyular isə Bakı şəhərində olan uyğun sahələri işıqlandırır. İlkin olaraq onu qeyd etmək lazımdır ki, saytda foto qalereyaya geniş yer verilib. Belə ki, sayt yüklənərkən arxa planda Bakı şəhərin müxtəlif fotoşəkilləri görünür. Ona görə yükləmə prosesi bir qədər ləng gedir. Bundan başqa bir neçə Prezident tərəfindən verilmiş sərəncamlar eyni zamanda bakının gerbi, BŞİH-nin binası haqqında bilgilər ayrıca menyu şəklində verilib.

Bakı Şəhər  İcra Hakimiyyəti haqqında ümumi məlumatlar
Bakı Şəhər  İcra Hakimiyyəti haqqında ümumi məlumatlar bir neçə menyuda nəzərdə tutulsa da, verilən informasiya lazımı tələblərə tam cavab vermir. Belə ki, göstərilən bölmədə verilməsi tələb olunan bəzi məsələlər nəzərdən qaçmış və bir çoxu həllini tapmayıb.
Menyunun Ümumi məlumat bəndində yerli icra hakimiyyəti haqqında əsasnamə yerləşdirilib. BŞİH-nin tarixi menyusunda  BŞİH-nin tarixi haqqında geniş bilgi verilib. Dövlət orqanının strukturu və struktur bölmələri haqqında əsasnamələr BŞİH-nin strukturu menyusunda nəzərdə tutulub. Burada hər bir struktur bölmə haqqında məlumat verilsə də rəhbər işçilər və onların qəbul vaxtları haqqında məlumat yoxdur.
Ümumiyyətlə vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlara saytda rast gəlinmir. BŞİH-nin başçısı menyusu isə ancaq tək Bakı Şəhər İcra başçısı haqqında məlumatı özündə saxlayır. Bu məlumata elektron ünvan, telefon və faks nömrələri daxil edilməyib.
Anons menyusunda verilmiş məlumatın müddəti çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib.
Menyunun Xəbərlər bölümündə xəbərlər nəzərdə tutulub. Ancaq səhifədə verilən xəbərlər azlıq təşkil edir. Bundan başqa burada ştat cədvəli haqqında məlumat yoxdur. Eyni zamanda Bakı Şəhər  İcra Hakimiyyətinin öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir. Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul  qaydaları ümumiyyətlə saytda nəzərdə tutulmayıb.

Bakı Şəhər  İcra Hakimiyyətinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları
Bu bölümə aid  demək olar ki, qoyulan tələblər öz həllini tapmayıb. Nəqliyyat sisteminin təkmilləşdirilməsi menyusunda "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün tədbirlər planı"nin təsdiq edilməsi haqqında Azərbaycan respublikası prezidentinin sərəncamı,
Qəsəbələrin sosial-iqtisadi inkişafı menyusunda isə "Baki Şəhərinin Qəsəbələrinin Sosial-İqtisadi İnkişafinin Sürətləndirilməsinə Dair Tədbirlər Proqrami"Nin Təsdiq Edilməsi Haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı yerləşdirilib və həmin sahələr üzrə cari fəaliyyət haqqında məlumat yoxdur.
Yekunlaşdıraraq demək olar ki, digər menyularda da yerləşdirilən informasiya həcmi qanunvericilik tərəfindən qarşıya qoyulmuş bir çox tələblərə cavab vermir. Belə ki, Bakı Şəhər  İcra Hakimiyyətinin cari fəaliyyəti yaxşı işıqlandırılmayıb. Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları haqqında məlumatlar yerləşdirilməyib. Saytda zəif cəhətlərdən biri də dövlət büdcə məsələlərinə ümumiyyətlə nəzərə alınmamağıdır.  Burada Bakı Şəhər  İcra Hakimiyyətinin büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.

Bunlarla yanaşı  saytda digər zəif məqamlar aşağıdakılardır:

 Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatların olmamağı;
 Hər hansı alqı-satqı əməliyyatı barədə heç bir məlumatın verilməməyi;
 Tenderə çıxarılacaq sahələr haqqında məlumatların olmamağı; 
 İnformasiya sahiblərinin reyestri, özünə  aid olan informasiya  resurslarının yoxluğu;
 Öz səlahiyyəti  daxilində  həyata keçirdiyi  yoxlamalar haqqında  məlumatlara rast gəlinməməsi;
 Bakı Şəhər  İcra Hakimiyyətinin balansında olan əmlak haqqında məlumata yer verilməməsi;
 Özəl hüquqi şəxslərə, qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsait haqqında hansısa informasiyanın verilməməsi;

Göstərilən xidmətlərə dair məlumatlar.
Demək olar ki, bu bölümdə də qanunda nəzərdə tutulan tələblər nəzərə alınmayıb. Belə ki, heç bir qarşılıqlı əlaqə xidmətləri saytda normal təşkil olunmayıb. İnteraktiv online xidmətləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.

Sayt olan texniki tələbatlar
Sayta olan texniki tələblər yerinə yetirilsə də digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər qoyulmayıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV