Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az ünvanlı İnternet saytı qismən bilgilər təqdim edir. Qurumun tarixi, keçmiş rəhbərləri haqda ətraflı məlumat təqdim edilir. Sabiq rəhbərlərin hər biri haqqında ayrı-ayrı bilgilərin göstərilməsi qurumu digər qurumlardan fərqləndirir.  Qurumun ünvanı göstərilsə də, ünvana gəlmək üçün marşrut və sxemi, ictimai nəqliyyat növü göstərilməyib. Qurumun rəhbəri haqda məlumata rast gəlinsə də, aparat, rəhbərin müavinlərinin və digər rəhbər işçilərin bioqrafik bilgiləri təqdim edilmir.  Saytın onlayn yazışma forması da təqdim edilmişdir.  Qurumun etimad xətt telefonu fəaliyyət göstərir. Mətbuat üçün açıqlamalar və onların yenilənməsi baxımından da aktivlik var. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Məsələn, qurumun rəhbəri haqda bioqrafik məlumat verilsə də, onun müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda məlmatlar yoxdur. Quruma gəlmək üçün marşrut sxemi, ictimai nəqliyyat növü, qurumun  büdcəsi, sahə işçilərinin əmək haqları, rəhbər işçilərin tarif stavkası, etik davranış qaydaları, tender elanları, axtarış sistemi, işə qəbul qaydaları, işə qəbul haqqında elanlar, qurumdaxili əmrlər, regional struktur, şəhər və rayon şöbələri ilə əlaqə vasitələri, şöbələrin rəhbərləri haqqında heç bir məlumat təqdim edilmir. Saytın axtarış sistemi yoxdur. Abunə imkanı da gözə dəymir.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza-əsasnamə və nizamnamə haqqında bilgi verilir. Qurumun rəhbərləri və kollegiya haqda məlumat da saytda öz əksini tapmışdır.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada çatışmayan bilgilər qurumun marşrut sxemi və quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilərdir.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında isə heç bir məlumat təqdim edilmir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları  təqdim edilir. Lakin əsas rəhbərin müavinlərinin və struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər verilmir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların yenilənməsi intensivdir. Həmçinin, qurumdaxili əmrlər və qərarlar da təqdim edilir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqqında da məlumat verilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər isə saytda mövcuddur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında  işə qəbulun norma və qaydaları barədə heç bir bilgi təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərə saytda rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi təqdim edilmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə  ətraflı məlumatlar təqdim olunmuşdur.  Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər isə əks etdirilmir.

11. Daha bir çatışmana bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlıdır ki, burada və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər yoxdur.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqında bütün bilgilər təqdim edilir. Həmçinin bütün mümkün normativ aktların layihələri təqdim edilir.

13. Saytın texniki imkanları internet resurslarının mövcud qaydalarına uyğun hesab edilə bilər. Lakin saytda abunə, axtarış imkanları gözə dəymir. Əks əlaqə üçün onlayn forma və  sosial şəbəkələrdən facebook və tvitterdə aktiv səhifəsinin olması qurumun vətəndaş cəmiyyətinə açıqlığının göstəricidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV