Saturday 23rd November 2024,

2015

Ξ Leave a comment

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az  domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının www.tqdk.gov.az ünvanlı İnternet saytında qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün imkanlar göstərilir. Dövlət qurumunun yerləşdiyi ünvan, ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur. Qurumun strukturunun ümumi sxemi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Qurumdaxili əmrlər və qərarlar, mətbuat üçün açıqlamalar və onların tezliyi saytda əks olunur. Qurumun saytında elektron xidmərlər, xidmətlərdən istifadə qaydaları, işə qəbul qaydaları və boş iş yerlərinin elanları haqda məlumatlar təqdim edilir. Vətəndaşların qəbul günləri üçün ayrıca elektron xidmətlər fəaliyyət göstərir. Qurumun büdcəsi haqqında məlumatlar göstərilməyib. Tender və yarışmaların elanları, tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi, dövlət qurumunun norma yaratma fəaliyyəti, bütün normativ aktların layihələri, qurumun saytının internet qaydalarına uyğunluğu, domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləyir. Sosial şəbəkələrdən bir neçəsində aktiv səhifəsi mövcuddur. Lakin saytda bəzi çatışmayan bilgilər də var ki, onlar da əlavə olunarsa, heç bir əlavə tövsiyəyə gərək qalmaz. Məsələn, saytda quruma gəlmək üçün ictimai nəqliyyat, qurumun rəhbər işçilərinin bioqrafik məlumatları, sahə işçilərinin əmək haqqı, abunə imkanı kimi çatışmayan sahələr mövcuddur.

Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

  1. Qurum haqqında gərəkli bilgilər saytda yer aldığından əlavə bir tövsiyəyə gərək duyulmur.
  2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgiləri tam saymaq olar yalnız bu bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
  3. Qurumun strukturunun ümumi sxemi təqdim olunur. Qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Həmçinin aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında da ətraflı məlumat təqdim edildiyindən əlavə tövsiyəyə gərək duyulmur.
  4. Rəhbər işçilər, onlarla əks əlaqə barədə təqdim edilmiş bilgilərlə yanaşı struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və onlarla əks-əlaqə vasitələrinin də təqdim edilməsi tövsiyələr sırasındadır.
  5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar təqdim edilir. Bu üzdən də əlavə heç bir tövsiyə olunmur.
  6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilmir. Büdcədənkənar daxilolmalar haqda da heç bir məlumata rast gəlinmir. Bu bilgilərin də saytda yerləşdirilməsi tövsiyə olunur.
  7. Qurum tərəfindən təklif edilən xidmətlər qaynar xəttin də əlavə edilməsi tövsiyə olunur.
  8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında gərəkli bütün bilgilər təqdim edildiyindən tövsiyəyə ehtiyac yoxdur.
  9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.
  10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul qaydaları və şərtləri, həmçinin qəbul günləri (saatları) barədə ümumi bigi ətraflı məlumatlar təqdim olunmuşdur. Qəbula yazılmaq üçün elektron müraciət də təqdim edilir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Burada da əlavə tövsiyəyə ehtiyac yoxdur.
  11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar tender və yarışmaların nəticələri, elanların arxivi təqdim edilir. Burada yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları  barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
  12. Növbəti təqdim edilən bilgilər isə qurumun cari norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri təqdim edilir. Həmçinin, dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəri ilə bağlı arxiv də saytda əks olunur. Bu sahədə də heç bir əlavə tövsiyə verilmir.
  13. Saytın texniki imkanları yaxşı dəyərləndirlir. Domen rahatlığı və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləkdir. Əks əlaqə üçün onlayn forması və  sosial şəbəkələrdə aktiv səhifəsinin olması qurumun vətəndaş cəmiyyətinə açıqlığının göstəricidir. Həmçinin abunə imkanını da əlavə edilməsi bu bölməni yam dolğunlaşdırar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV