Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun www.anfes.gov.az ünvanlı İnternet saytında qurumun tarixi, kollegiya, dövlət qurumunun fəaliyyətini həyata keçirən qanunverici baza- əsasnamə və təlimatlar haqqında məlumat verilir. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün ünvanı, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri təqdim edilir. Lakin qurumun rəhbəri haqda heç bir bilgiyə rast gəlinmir. Mümkün olan bütün e-poçt ünvanları göstərilsə də, qurumun ünvanının marşrut sxemi və ünvana gəlmək üçün ictimai nəqliyyat haqqında heç bir bilgi göstərilmir. Dövlət qurumunun strukturu, alt bölmələri və tabe təşkilatları, onlarla əlaqə vasitələri göstərilir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyalarına rast gəlinmir. Qurumun onlayn yazışma forması da təqdim edilmişdir. Qurumun rəhbəri ilə əks-əlaqə vasitələri var. Bütün mümkün struktur rəhbərləri haqda bioqrafik bilgilərə rast gəlinmir. Dövlət qurumu ilə ümumi əlaqə imkanları təqdim edilir. Mətbuat üçün açlqlamalar və onların tezliyi, qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı məlumatlar da saytda yer tutur. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Məsələn, qurumun rəhbəri, onun müavinləri, aparat, struktur rəhbərləri haqda heç bir bioqrafik məlumat verilmir. Qurumun büdcəsi, rəhbər işçilərin tarif stavkası, sahə işçilərinin əmək haqları, tender və yarışmaların elanları, nəticələri, boş iş yerləri haqda elanlar, elanların arxivi haqda da heç bir məlumat göstərilmir. Qurumun sosial şəbəkələrdə səhifəsi və abunə imkanı göstərilmir. Saytda axtarış sistemi mövcud olsa da, fəaliyyət göstərmir.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurumun tarixi, kollegiya, dövlət qurumunun fəaliyyətini həyata keçirən qanunverici baza- əsasnamə və təlimatlar haqqında məlumat verilir. Rəhbərləri haqqında məlumat və kollegiyaya rast gəlinmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada qurumun marşrut sxemi və quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə təqdim edilsə də, qurumun rəhbərinin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də var. Qurumdaxili əmrlər və qərarlara da rast əglinir. Həmçinin, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı da bilgi verilir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir. Büdcədənkənar daxilolmalarla bağlı da eyni sözləri demək olar.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunmur.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar təqdim olunmuşdur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir bilgi yoxdur. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri təqdim edilmir. Elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.
12. Növbəti təqdim edilən bilgilər isə dövlət qurumunun cari norma- (qanun)yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri təqdim edilir.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Abunə imkanı yoxdur, axtarış sistemi işləmir, həmçinin sosial şəbəkələrdə səhifəsinin yoxluğu da diqqətdən yayınmır.