Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun: www.anfes.gov.az ünvanlı İnternet saytından sahibkarlıq fəaliyyəti ilə bağlı, kredit məsələləri ilə əlaqəli bir çox məsələlər barədə məlumat almaq mümkündür. Hətta qurumun saytında hər kəs sahibkarlıq fəaliyyəti göstərməyə elə formada dəvət olunur ki, ziyarətçinin könlündən elə məhz sahibkar olmaq keçir. Təbii ki, bütün bunlar qurumun inandırıcı fəaliyyətinin nəticəsidir. Lakin buna baxmayaraq, saytda bir çox sahələr üzrə heç bir məlumatın olmaması da diqqətdən qaçmır. Yuxarıda qeyd etdiyimiz kimi, rəhbər işçilərin bioqrafiyası, struktur rəhbərlərinin bioqrafiyası, tarif stavkası, sahə işçilərinin əmək haqları, boş iş yerlərinin elanları, tender və yarışmaların elanları, sosial şəbəkələrdə səhifəsinin olmaması, abunə imkanlarının olmaması barədədir.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik
1. Qurumun haqqında təqdim edilmiş (tarixi, kollegiya, dövlət qurumunun fəaliyyətini həyata keçirən qanunverici baza-əsasnamə və təlimatlar) bilgilərlə yanaşı qurumun rəhbərləri və kollegiya haqqında bilgilərin də əks etdirilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar sırasına həmçinin qurumun marşrut sxemi və quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilərin də əlavə edilməsi tövsiyə olunur.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilir. Bu üzdən də bu sahədə əlavə tövsiyə verilmir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə təqdim edilsə də, qurumun rəhbərinin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur. Buna görə də çatışmayan bilgilərin də saytda yerləşdirilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də var. Qurumdaxili əmrlər və qərarlara da rast əglinir. Həmçinin, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı da bilgi verilir. Bu üzdən də əlavə tövsiyə verilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilərin və büdcədənkənar daxilolmalarla bağlı məlumatların da saytda əks etdirilməsi tövsiyələr sırasındadır.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Bu sahədə də əlavə tövsiyə yoxdur.
8. İşə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər saytda əks olunmur. Bu sahənin ciddi şəkildə dolğunlaşdırılmasına ehtiyac var.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar. Burada da bilgi çatışmazlığı olduğu üçün tövsiyə olunur ki, bölmə dolğunlaşdırılsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar təqdim olunmuşdur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Bu sahədə əlavə tövsiyə verilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə informasiyaların təqdim edilməsi tövsiyə olunur.
12. Növbəti təqdim edilən bilgilər isə dövlət qurumunun cari norma- (qanun)yaratma fəaliyyəti haqqında və bütün mümkün normativ aktların layihələri barədə bilgilər təqdim edilir. Buna görə də əlavə tövsiyəyə gərək duyulmur.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə imkanı, axtarış sistemi və həmçinin sosial şəbəkələrdə səhifəsinin yaradılması tövsiyə olunur.