Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin www.socar.gov.az domen adlı İnternet saytını dolğun saymaq olar. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Qurumun tarixi və Azərbaycanda neft-qazçıxarmanın tarixi ilə bağlı çox geniş məlumat təqdim edilməkdədir. Bu məlumat həm də bir-birindən maraqlı fotoşəkillərlə müşayiət olunur. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün imkanlar göstərilir. Dövlət qurumunun yerləşdiyi ünvan, ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur. Mümkün olan bütün e-poçt ünvanları göstərilib. Qurumun alt bölümləri və tabe təşkilatları haqda məlumatlar, onların ünvanları və əlaqə vasitələri də saytda öz əksini tapıb. Qurumun strukturunun ümumi sxemi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Qurumdaxili əmrlər və qərarlar, mətbuat üçün açıqlamalar və onların tezliyi saytda əks olunur. Qurumun saytında elektron xidmərlər, xidmətlərdən istifadə qaydaları, işə qəbul qaydaları və boş iş yerlərinin elanları haqda məlumatlar ətraflı təqdim edilir. Vətəndaşların qəbul günləri və saatları çox geniş şəkildə göstərilib. Qurumun büdcəsi və büdcədənkənar daxilolmalar haqqında da məlumatlar göstərilir. Tender və yarışmaların elanları, tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların keçirilməsinin nəticələri, tender və yarışmaların elanlarının arxivi haqda da dolğun bilgi verilir. Dövlət qurumunun norma yaratma fəaliyyəti, bütün normativ aktların layihələri, qurumun saytının internet qaydalarına uyğunluğu, domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləyir. Sosial şəbəkələrdən (tvitter, facebook, instagram və youtube) səhifələri mövcuddur. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Lakin qurumun ünvanına gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat növü göstərilməmişdir. Bundan başqa sahə işçilərinin əmək haqqı barədə də məlumata rastlamadıq.
Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza –əsasnamə və təlimatlar haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları göstərilmişdir. Lakin qurumun ünvanının marşrut və sxemi, həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar öz əksini tapmır.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Burada çatışmayan bilgi qurumun struktur rəhbərlərinin bioqrafiyaları haqdadır.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları təqdim edilən bilgilər sırasındadır, lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilmir, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları mövcuddur.
5. Qurumun cari fəaliyyəti haqqında məlumatlar yetərli səviyyədədir. Mətbuat üçün açıqlamalar və onların tezliyi, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutur. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da məlumatlar göstərilir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər mövcuddur. Qaynar xətt isə yoxdur.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları , dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər ətraflı təqdim edilmişdir.
9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir məlumata rast gəlinmir.
10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də ətraflı məlumatlar mövcuddur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də təqdim olunan bilgilər sırasındadır.
11. Daha bir əks etdirilən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri saytda öz əksini tapmışdır.
12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər rast gəlinir.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen və istifadə rahatlığı var. Axtarış sistemi işləyir. Abunə imkanı mövcuddur. Qurumun sosial şəbəkələrdən demək olar ki, (tvitter, facebook, instagram və youtube) hamısında səhifəsi mövcuddur.