Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Dövlət Neft Şirkətinin www.socar.gov.az domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Dövlət Neft Şirkətinin  www.socar.gov.az domen adlı İnternet saytının təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  www.socar.gov.az domen adlı İnternet saytının texniki imkanları və funksionallığı öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri Azərbaycan neft sənayesinin tarixi inkişafı, keçdiyi təkamül yolu, qurumun tarixi haqda geniş məlumatların təqdim olunmasıdır. Sayt demək olar ki, bəzi bölmələr istisna olmaqla dolğunluğu ilə fərqlənir. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün imkanlar göstərilir. Dövlət qurumunun yerləşdiyi ünvan, ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur. Mümkün olan bütün e-poçt ünvanları göstərilib. Qurumun alt bölümləri və tabe təşkilatları haqda məlumatlar, onların ünvanları və əlaqə vasitələri də saytda öz əksini tapıb. Qurumun strukturunun ümumi sxemi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Qurumdaxili əmrlər və qərarlar, mətbuat üçün açıqlamalar və onların tezliyi saytda əks olunur. Qurumun saytında elektron xidmərlər, xidmətlərdən istifadə qaydaları, işə qəbul qaydaları və boş iş yerlərinin elanları haqda məlumatlar ətraflı təqdim edilir. Vətəndaşların qəbul günləri və saatları çox geniş şəkildə göstərilib. Qurumun büdcəsi və büdcədənkənar daxilolmalar haqqında da məlumatlar göstərilir. Tender və yarışmaların elanları, tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların keçirilməsinin nəticələri, tender və yarışmaların elanlarının arxivi haqda da dolğun bilgi verilir. Dövlət qurumunun norma yaratma fəaliyyəti, bütün normativ aktların layihələri, qurumun saytının internet qaydalarına uyğunluğu, domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləyir. Sosial şəbəkələrdən (tvitter, facebook, instagram və youtube) səhifələri mövcuddur. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Lakin qurumun ünvanına  gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat növü  göstərilməmişdir. Bundan başqa  sahə işçilərinin əmək haqqı barədə də məlumata rastlamadıq. Lakin qurumun saytında quruma gəlmək üçün marşrut və nəqliyyat, sahə işçilərinin tarif stavkası, büdcə və onun icrası, büdcədənkənar daxilolmalarla bağlı heç bir məlumata rast gəlinmir. Sahə işçilərinin tarif stavkasına yalnız Vakansiyalar bölməsində rast gəlinir. Amma konkret olaraq hazırda qurumda çalışan işçilərin əmək haqları ilə bağlı heş bir məlumat təqdim olunmur. Bu məlumatlar da göstərilsəydi sayt tam dolğun olardı. Bundan başqa, saytın alt qurumlarının ayrıca saytları və qurumun saytından bu saytlara keçidin mövcudluğu da mümkündür.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyyələrimizi təqdim edirik:

1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza –əsasnamə və təlimatlar haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür. Bunun üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları göstərilmişdir. Lakin qurumun ünvanının marşrut və sxemi, həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar öz əksini tapmır. Çatışmayan bilgilərin də saytda əks olunması tövsiyə olunur.

3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmişdir. Burada  çatışmayan bilgi qurumun struktur rəhbərlərinin bioqrafiyaları haqdadırm olar.

4. Rəhbər işçilər, onlarla əks əlaqirilir burada yalnız struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin də əlavə edilməsi tövsiyə olunur.

5. Qurumun cari fəaliyyəti haqqında məlumatlar yetərli səviyyədədir. Bu üzdən əlavə tövsiyəyə gərək yoxdur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutur. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da məlumatlar göstərilir. Burada da əlavə tövsiyəyə ehtiyac yoxdur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər balnız bir tövsiyə var ki, o da Qaynar xəttin əlavə edilməsidir.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları , dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər ətraflı təqdim edilmişdir. Bunun üçün də əlavə heç bir tövsiyəyə gərək yoxdur.

9. Sahə işçilərinin əmək haqları barədə isə  heç bir məlumata rast gəlinmir. Yaxşı olardı ki, bu barədə də məlumatlar təqdim olunsun.

10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də ətraflı məlumatlar mövcuddur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.

11. Daha bir tövsiyəyə gərək olmayan bölmə tender və yarışmaların keçirilməsi ilə bağlıdır.

12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər mövcud olduğundan tövsiyə söylənilmir.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen və istifadıə rahatlığı var. Axtarış sistemi işləyir. Abunə imkanı mövcuddur. Qurumun sosial şəbəkələrdən demək olar ki, (tvitter, facebook, instagram və youtube) hamısında  səhifəsi mövcuddur. Bu sahədə də əlavə tövsiyəyə ehtiyac duyulmur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV