Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi www.seferberlik.gov.az domen adlı internet saytı tam dolğun deyil. Ona görə də, saytın bir çox bölmələri boşdur. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar haqda qısa bilgi verilir. Amma bunu kollegiya haqda söyləmək olmaz. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün imkanlar göstərilir. Dövlət qurumunun yerləşdiyi ünvan, ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur. Qurumun ünvanının marşrut sxemi göstərilir, lakin ora gəlmək üçün ictimai nəqliyyat haqda məlumat yoxdur. Mümkün olan bütün e-poçt ünvanları göstərilib. Qurumun strukturunun ümumi sxemi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Qurumdaxili əmrlər və qərarlar, mətbuat üçün açıqlamalar və onların tezliyi saytda əks olunur. Qurumun qaynar xətti olsa da saytın ön səhifəsində görünmür. Qurumun büdcəsi, rəhbər işçilərin tarif stavkası haqqında da heç bir məlumat verilmir. Elektron xidmərlər bölməsi ayrıca təqdim edilir, xidmətlərdən istifadə qaydaları haqda bilgi verilir. İşə qəbul qaydaları və boş iş yerlərinin elanları haqda məlumatlar təqdim edilmir. Vətəndaşların qəbul günləri və saatları haqda məlumat var. Qurumun büdcəsi haqqında məlumatlar verilmir. Tender və yarışmaların elanları, tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi haqda da heç bir məlumata rast gəlmədik. Dövlət qurumunun norma yaratma fəaliyyəti, bütün normativ aktların layihələri, qurumun saytının internet qaydalarına uyğunluğu, domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləmir. Abunə imkanı yoxdur. Sosial şəbəkələrdə səhifəsi mövcud deyil.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat mövcuddur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilir. Qurumun ünvanının marşrut sxemi göstərilir, lakin quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunmur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında isə müəyyən məlumat təqdim edilir.
4. Qurumun rəhbəri haqqında bioqrafik məlumatlar təqdim edilsə də, onun müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda bioqrafik məlumatlar verilmir. Rəhbər işçilər onlarla əks əlaqə imkanları təqdim edilir. Dövlət qurumu ilə əks-əlaqə üçün ümumi imkanlar var.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də diqqətəlayiqdir. Həmçinin, qurumdaxili əmrlər və qərarlar da təqdim edilir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqda da məlumatlar verilir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir. Həmçinin, büdcədənkənar daxiolmalar haqda da heç bir məlumat yoxdur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı öz əksini tapmışdır. Qaynar xətt də təqdim olunur, lakin saytın ön hissəsində deyil.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə heç bir bilgi təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də saytda əks olunmur.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ətraflı məlumatlar təqdim olunmur. Burada yalnız əsas rəhbərin regional görüşlərdə vətəndaşları qəbul qaydaları haqda məlumatlar göstərilir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilmişdir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı heç bir qayda və elanlar təqdim edilmir. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.
12. Növbəti təqdim edilən bilgi isə qurumun cari norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri təqdim edilir.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen və istifadə rahatlığı var. Sayta abunə imkanı yoxdur və axtarış sistemi işləmir. Sosial şəbəkələrdən heç birində səhifəsi yoxdur.