Sunday 24th November 2024,

2015

Ξ Leave a comment

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin www.seferberlik.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin www.seferberlik.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet resursu: www.seferberlik.gov.az  ünvanlı İnternet saytında qurumun tarixi, rəhbərləri haqda məlumatlar haqda qısa bilgi verilir. Amma bunu kollegiya haqda söyləmək olmaz. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün imkanlar göstərilir. Dövlət qurumunun yerləşdiyi ünvan, ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur. Qurumun ünvanının marşrut sxemi göstərilir, lakin ora gəlmək üçün ictimai nəqliyyat haqda məlumat yoxdur. Mümkün olan bütün e-poçt ünvanları göstərilib. Qurumun strukturunun ümumi sxemi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Qurumdaxili əmrlər və qərarlar, mətbuat üçün açıqlamalar və onların tezliyi saytda əks olunur. Qurumun qaynar xətti olsa da saytın ön səhifəsində görünmür. Qurumun büdcəsi, rəhbər işçilərin tarif stavkası haqqında da heç bir məlumat verilmir. Elektron xidmərlər bölməsi ayrıca təqdim edilir, xidmətlərdən istifadə qaydaları haqda bilgi verilir. İşə qəbul qaydaları və boş iş yerlərinin elanları haqda məlumatlar təqdim edilmir. Vətəndaşların qəbul günləri və saatları haqda məlumat var.  Qurumun büdcəsi haqqında məlumatlar verilmir. Tender və yarışmaların elanları, tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi haqda da heç bir məlumata rast gəlmədik. Dövlət qurumunun norma yaratma fəaliyyəti, bütün normativ aktların layihələri, qurumun saytının internet qaydalarına uyğunluğu, domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləmir. Abunə imkanı yoxdur. Sosial şəbəkələrdə  səhifəsi mövcud deyil.

Bütün bunları  nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Əlavə tövsiyəyə gərək duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi təqdim edilmiş bilgilər sırasına  quruma gəlmək üçün ictimai nəqliyyat haqqında məlumatın da daxil edilməsi tövsiyə olunur.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemlərinin təqdim edilməsi və aparat barədə bilgilərin dolğunlaşdırılması tövsiyə olunur.

4. Qurumun rəhbəri haqqında bioqrafik məlumatlar təqdim edilsə də, onun müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda bioqrafik məlumatlar verilmir. Rəhbər işçilər onlarla əks əlaqə imkanları təqdim edilir. Dövlət qurumu ilə əks-əlaqə üçün ümumi imkanlar var. Bu bölmə üzrə tövsiyə  rəhbərin müavinləri, aparat, kollegiya və struktur rəhbərləri haqda bioqrafik məlumatların təqdim edilməsi ilə bağlıdır

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də diqqətəlayiqdir. Həmçinin, qurumdaxili əmrlər və qərarlar da təqdim edilir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqda da məlumatlar verilir. Bu üzdən də əlavə bir tövsiyəyə gərək yoxdur.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilmir. Həmçinin, büdcədənkənar daxiolmalar haqda da heç bir məlumat yoxdur. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi, onun icrası və büdcədənkənar daxiolmalar barədə bilgilər saytda əks etdirilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı öz əksini tapmışdır. Burada yanlız Qaynar Xəttin saytın ön hissəsində yerləşdirilməsi tövsiyə olunur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin saytda yerləşdirilməsi tövsiyələr sırasındadır.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin də saytda yer alması gərəklidir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatların ətraflı olması tövsiyə olunur.

11. Daha bir çatışmayan bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Burada tender və yarışmaların keçirilməsi ilə bağlı qayda və elanlar, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə məlumatların təqdim edilməsi tövsiyə olunur.

12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti haqqında bilgilər saytda əks etdirilmişdir. Bütün mümkün normativ aktların layihələri təqdim edilir. Burada əlavə tövsiyə verilmir.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen və istifadə rahatlığı var. Sayta abunə imkanının və axtarış sisteminin əlavə edilməsi, həmçinin sosial şəbəkələrdən səhifəsinin yaradılmasını tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV