Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin www.stat.gov.az domen ünvanı dolğun və daha funksional şəkildə təqdim edilməkdədir. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün imkanlar göstərilir. Dövlət qurumunun yerləşdiyi ünvan, ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur. Mümkün olan bütün e-poçt ünvanları göstərilib. Qurumun saytında respublikadakı statistika müəssisələri haqda ətraflı bilgilər təqdim edilir. Qurumun strukturunun ümumi sxemi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Qurumdaxili əmrlər və qərarlar, mətbuat üçün açıqlamalar və onların tezliyi saytda əks olunur. Qurumun qaynar xətti, məlumat mərkəzi, elektron xidmərlər, xidmətlərdən istifadə qaydaları, işə qəbul qaydaları və boş iş yerlərinin elanları haqda məlumatlar təqdim edilir. Vətəndaşların qəbul günləri və saatları, elektron xidmətlər fəaliyyət göstərir. Qurumun büdcəsi haqqında məlumatlar verilmir. Tender və yarışmaların elanları, tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi haqda da heç bir məlumata rast gəlmədik. Dövlət qurumunun norma yaratma fəaliyyəti, bütün normativ aktların layihələri, qurumun saytının internet qaydalarına uyğunluğu, domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləyir. Sosial şəbəkələrdə səhifəsi mövcud deyil.
Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Qurumun ünvanının marşrut sxemi və ünvana gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilər saytda əks etdirilmişdir.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri, həmçinin digər bilgilər aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında da dolğun məlumat təqdim edilir.
4. Qurumun əsas rəhbəri haqda bioqrafik bilgilər, həmçinin şəxsən onunla əlaqə saxlamaq üçün telefon nömrələri, e-poçt ünvanı və qəbul günləri göstərilib. Rəhbərin müavinləri, struktur şöbələrinin rəhbərləri haqda geniş məlumat, əlaqə, əks-əlaqə vasitələri, e-poçt ünvanları, region şöbələrinin ünvanları, əlaqə vasitələri və e-poçt ünvanları saytda mövcuddur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi var. Qurumdaxili əmrlər və qərarlar da təqdim edilir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqqında da məlumatlar verilir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir. Büdcədənkənar daxilolmalar barədə də heç bir bilgi yoxdur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Qurum tərəfindən təklif edilən əlavə xidmətlər barədə bilgilər də mövcuddur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də dolğun məlumatlar var.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar. Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin tarif stavkası təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, qəbul qaydaları, həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə heç bir bilgi təqdim edilmir. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar saytda mövcud deyil. Həmçinin, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.
12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti haqqında geniş bilgilər verilmişdir. Dövlətstatkomun normativ hüquqi aktlarının hazırlanması, tərtib edilməsi, razılasdırılması, dərc edilməsi, dövlət qeydiyyatı qaydaları və Komitənin sədrinin əmrlərinin hazırlanması, tərtib edilməsi və razılasdırılması qaydaları barədə məlumatlar saytda əks olunmuşdur.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen rahatlığı var. Sayta abunənin təklif edilməməsi və sosial şəbəkələrdə səhifəsinin olmaması diqqətdən qaçmır.