Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin www.stat.gov.az domen ünvanı dolğun və daha funksional şəkildə təqdim edilməkdədir. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün imkanlar göstərilir. Dövlət qurumunun yerləşdiyi ünvan, ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri mövcuddur. Mümkün olan bütün e-poçt ünvanları göstərilib. Qurumun saytında respublikadakı statistika müəssisələri haqda ətraflı bilgilər təqdim edilir. Qurumun strukturunun ümumi sxemi, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar təqdim edilib. Qurumdaxili əmrlər və qərarlar, mətbuat üçün açıqlamalar və onların tezliyi saytda əks olunur. Qurumun qaynar xətti, məlumat mərkəzi, elektron xidmərlər, xidmətlərdən istifadə qaydaları, işə qəbul qaydaları və boş iş yerlərinin elanları haqda məlumatlar təqdim edilir. Vətəndaşların qəbul günləri və saatları, elektron xidmətlər fəaliyyət göstərir. Qurumun büdcəsi haqqında məlumatlar verilmir. Tender və yarışmaların elanları, tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi haqda da heç bir məlumata rast gəlmədik. Dövlət qurumunun norma yaratma fəaliyyəti, bütün normativ aktların layihələri, qurumun saytının internet qaydalarına uyğunluğu, domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləyir. Sosial şəbəkələrdə səhifəsi mövcud deyil.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda bilgi verilir. Dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza- əsasnamə və təlimatlar haqda da məlumat vardır. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün gərəkli bütün bilgilər saytda yer aldığından əlavə bir tövsiyəyə gərək qalmır.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da dolğun məlumat təqdim edildiyindən heç bir tövsiyə verilmir.
4. Qurumun əsas rəhbəri haqda bioqrafik bilgilər, həmçinin şəxsən onunla əlaqə saxlamaq üçün telefon nömrələri, e-poçt ünvanı və qəbul günləri göstərilib. Rəhbərin müavinləri, struktur şöbələrinin rəhbərləri haqda geniş məlumat, əlaqə, əks-əlaqə vasitələri, e-poçt ünvanları, region şöbələrinin ünvanları, əlaqə vasitələri və e-poçt ünvanları mövcuddur. Burada da tövsiyəyə lüzum yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi var. Qurumdaxili əmrlər və qərarlar da təqdim edilir. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqqında da məlumatlar verilir. Burada da heç bir tövsiyəyə gərək duyulmur.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir. Büdcədənkənar daxilolmalar barədə də heç bir bilgi yoxdur. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə və büdcədənkənar daxilolmalar barədə bilgilər saytda əks etdirilsin.
7. Növbəti tövsiyəyə gərək duyulmayan bölmə qurum tərəfindən təklif edilən xidmətlər bölməsidir. Bu bölmədə gərəkli bütün bilgilər yer almışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də dolğun məlumatlar var. Yəni bu bölmə barədə də əlavə tövsiyəyə ehtiyacı yoxdur.
9. Sahə işçilərinin əmək haqları barədə heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar. Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin tarif stavkası barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, qəbul qaydaları, həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Bunun üçün də əlavə tövsiyəyə gərək yoxdur.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə heç bir bilgi təqdim edilmir. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar saytda mövcud deyil. Həmçinin, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir. Bu bilgilərin də verilməsi faydalı olardı.
12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti haqqında geniş bilgilər saytda yer aldığından burada da heç bir tövsiyəyə gərək duyulmur.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen rahatlığı var. Lakin Sayta abunənin təklif edilməməsi və sosial şəbəkələrdə səhifəsinin olmaması tövsiyə olunur.