Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin www.economy.gov.az ünvanlı İnternet saytı dolğunluğu və daxili məlumatların bolluğu və videosüjetlərin dolğunluğu ilə diqqəti cəlb edir. Saytda qaynar xəttin, e-xidmətlərin ön səhifədə təklif olunması təqdirəlayiq haldır. Saytda vətəndaşlarla birbaşa videogörüntülü əlaqənin yaradılması, yəni, videoqəbulun olması çox sevindirici haldır. Saytın xəritəsində nazirliyin strukturu, nazirliyə tabe olan qurumlar və regional mərkəzlər göstərilmişdir. Həmçinin alt qurumların və regional qurumların rəhbərləri, onlarla əlaqə vasitələrinə də saytda rast gəlinir. Elanlar, Tender və kotirovkalar bölümlərdə tender yarışmalarıyla ilgili məlumatlar da saytda əks olunur. Həmçinin, quruma gəlmək üçün marşrutlar və nəqliyyat vasitələri də ətraflı göstərilmişdir. Qurumun saytında etik davranış qaydaları, İşə Qəbul bölmələri ayrıca fəaliyyət göstərir. Saytın sosial şəbəkələrdə facebook və Tvitterdə səhifələri mövcuddur, həmçinin, xəbərlərə abunə yazılışı var ki, bu da saytı zənginləşdirən xüsusiyyətlərdəndir. Saytda Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İşğal olunmuş ərazilər, Xocalı soyqırımı, 20 Yanvar faciəsi, 31 Mart soyqırımı, Virtual Qarabağ bölmələri mövcuddur ki, buradan vətənimizlə əlaqəli məlumatları da əldə etmək mümkündür. Quruma tabe müəssisələrin ayrıca saytları fəaliyyət göstərir ki, nazirliyin saytından birbaşa həmin saytlara keçmək mümkündür.
Nazirliyin tarixi haqda rast gəlinən bilgi yalnız qurumun yaranması ilə bağlı ölkə başçısının sərəncamıdır. Beləliklə, saytda nələri görürük:
- Qurumun tarixi haqda yuxarıda da qeyd etdiyimiz kimi yalnız dövlət başçısının sərəncamı təqdim edilmişdir. Qurumun rəhbərləıri haqda məlumatlar və kollegiya, nazirliyin fəaliyyətini həyata keçirmək üçün qanunverici baza, əsasnamə və təlimatlar haqda məlumatlar saytda əks olunmuşdur.
- Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Quruma gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat vasitələri haqqında geniş bilgilər verilmişdir.
- Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki alt bölümlər haqda bilgilər təqdim olunur. Aparat işçilərinin barəsində geniş məlumatlar və əlaqə vasitələri göstərilir, həmçinin qurumun alt bölmələri və regional struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumarlar da mövcuddur. Quruma tabe müəssisələrin ayrıca saytları fəaliyyət göstərir ki, nazirliyin saytından birbaşa həmin saytlara keçmək mümkündür.
- Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası təqdim edilir. Regional strukturların rəhbərləri haqqında məlumat və əlaqə vasitələri də təqdim olunur.
- Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumun mətbuat üçün açıqlama tezliyi kifayət qədər intensivdir. Qurumdaxili əmrlər və qərarlar da saytda öz əksini tapır.
- Ümumi dövlət büdcəsinin quruma aid hissəsi barədə məlumatlar verilsə də, onun icrası haqqında heç bir bilgi təqdim edilmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqda da məlumata rast gəlinmir.
- Nazirliyin təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər geniş şəkildə öz əksini tapmışdır.
- İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də bilgilər saytda yer almışdır.
- Qurumun saytında sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmir.
- Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları ətraflı təqdim olunur, hətta videoqəbul qaydaları mövcuddur. Qurumun regional şöbələri haqda da məlumatlar təqdim edilmişdir. Həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda ayrıca bölmədə əks etdirilir.
- Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, həmçinin tender və yarışmaların nəticələri öz əksini tapsa da, tender və yarışmaların nəticələri və bununla bağlı mübahisələrin həlli qaydaları barədə məlumat təqdim edilmir.
- Qurumun norma norma- (qanun) yaratma fəaliyyəti haqqında kifayət qədər məlumatlar öz əksini tapmışdır. Bütün mümkün normativ aktların layihələri təqdim edilmişdir.
- Saytın texniki imkanları sırasında abunənin və quruma gəlmək üçün nəqliyyat marşrutunun təqdim olunması da diqqətdən yayınmır. Qurumun sosial şəbəkələrdən facebook və tvitterdə səhifəsi aktivdir.