Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin www.economy.gov.az ünvanlı İnternet saytı digər saytlarla müqayisədə elektron xidmətlərin və digər əlavə xidmətlərin bolluğu ilə irəli geçə bilib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Qurumun saytında qurumun rəhbəri, alt bölmələri, tabe müəssisələri, regional bölmələri, tender elanları, vakant yerlər, vətəndaşların qəbul qaydaları, onlayn müraciət forması, ümumi və ayrı-ayrı struktur bölmələrinin əlaqə vasitələri təqdim edilir. Həmçinin, tabe qurumların ayrıca dolğun saytları mövcuddur və həmin saytlara qurumun saytından birbaşa keçmək mümkündür. Lakin qurumun tarixi haqqında verilən bilgi yalnız dövlət başçısının sərəncamı göstərilib.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Qurumun rəhbərləri haqqında məlumatlar, aparat və kollegiya haqda bilgilər təqdim olunmuşdur. Həmçinin, nazirliyin fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar da mövcuddur. Burada yaxşı olardı ki, qurumun tarixi, ölkənin sənaye və iqtisadiyyatının tarixi haqqında bilgilər də saytda əks edilsin.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər yetərli sayıldığı üçün və həmçinin regional bölmələrin ünvanları və rəhbərləri ilə bağlı bilgilər də daxil edildiyi üçün əlavə tövsiyə verilmir.
3. Qurumun strukturu, aparat, struktur bölmələrinin ünvanları, nazirliyin alt bölümləri və regional strukturu haqqında məlumatlar yetərincə olduğu üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
4. Rəhbər işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyəyə ehtiyac duyulmur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərlidir. Bundan başqa, mətbuat üçün açıqlamalar və onların tezliyi də saytda əks edilir. Bu üzdən əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi təqdim edildiyi kimi onun icrası barədə bilgilər və büdcədənkənar daxilolmalar haqda da məlumatalar saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər və əlavə xidmətlər haqqında geniş informasiyalar təqdim edilir. Onlayn müraciət imkanları, qaynar xətt saytın ön səhifəsində yer tutur. Bü üzdən də əlavə tövsiyə verilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilir. Buna görə də, bu sahədə əlavə tövsiyə yoxdur.
9. Növbəti tövsiyə sahə işçilərinin əmək haqları barədə bilgilərin saytda yer alması ilə bağlıdır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edildiyi üçün bu sahədə də əlavə tövsiyə verilmir.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanlar verilmişdir. Lakin tender və yarışmaların keçirilməsinin nəticələri də göstərilsəydi faydalı olardı.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti və bütün mümkün normativ aktların layihələri barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə də tövsiyə verilmir.
13. Saytın abunə imkanının və sosial şəbəkələrdən facebook və tvitterdə aktiv səhifələrinin mövcudluğunu nəzərə alsaq, bu sahədə də heç bir əlavə tövsiyəyə ehtiyac duyulmur.