Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az domen adlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri də ayrıca e-xidmətlər bölməsinin olmasıdır. Sayt demək olar ki, bütün bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Dövlət qurumunun saytında qurumun tarixi, rəhbərləri və kollegiya haqqında ətraflı bilgi verilib. Nazirliyin fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar öz yerindədir. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün imkanlar (qurumun ünvanı, ünvanın marşrut sxemi, ünvana gəlmək üçün ictimai nəqliyyat, həm ümumi, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, bütün mümkün e-poçt ünvanları) təqdim edilir. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Qurumun strukturunun ümumi sxemi, aparat, alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq ünvanları da göstərilir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks-əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks-əlaqə imkanları, qurumla ümumi əlaqə imkanları mövcuddur. Nazirliyin mətbuat üçün açıqlamaları və onların yenilənməsi, quruma aid cari informasiya, qurumdaxili əmrlər və qərarlar da öz əksini tapır. Quruma dövlət büdcəsindən ayrılan vəsait və onun icrası haqqında məlumat da saytda yer almışdır. Həmçinin, büdcədənkənar daxilolmalarla bağlı məlumat da öz əksini tapır. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında bütün informasiyaya saytda rast gəlmək mümkündür. Elektron xidmətlər bölməsinin ayrıca təqdim edilməsi, qaynar xətt, çağrı mərkəzinin olması, onlayn və telefon, faks əlaqələri, işə qəbul qaydaları və boş iş yerləri haqqında bilginin ətraflı təqdim edilməsi, həmçinin, sahə işçilərinin əmək haqqı barədə də saytda bilgiyə rast gəlinir. Vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, tender də yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, dövlət qurumunun cari norma yaratma fəaliyyəti ilə bağlı saytda zəngin məlumat verilib. Qurumun saytı internet qaydalarına uyğundur. Domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləyir. Həmçinin onlayn bələdçi fəaliyyət göstərir ki, bu da ziyarətçilərə kömək məqsədilədir. Sosial şəbəkələrdə səhifələrinin aktivdir. Saytda çatışmayan bircə tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
Bu resursun təkmilləşdirilməsinə ciddi ehtiyac duyulmasa da bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi, qurumun rəhbərləri və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza – əsasnamə və təlimatlar haqqında bilgilər yetərli səviyyədədir. Bu bölumə aid heç bir tövdiyə verilmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün gərəkli bilgilər dolğun şəkildə təqdim edildiyində heç bir tövsiyəyə ehtiyac yoxdur.
3. Nazirliyin strukturunun ümumi sxemi, aparat, dövlət qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin dəqiq ünvanları, rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqda ətraflı bilgi təqdim edildiyindən bu bölmə üzrə də heç bir tövsiyəyə gərək duyulmur.
4. Daha bir tövsiyəyə gərək duyulmayan sahə rəhbər işçilər və onlarla əks əlaqə barədədir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir. Bu sahə üzrə də əlavə tövsiyə yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutur. Həmçinin, büdcədənkənar daxilolmalar və onların istiqamətləri bağlı məlumata da saytda rast gəlinir. Bu üzdən də əlavə heç bir tövsiyəyə ehtiyac yoxdur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, qaynar xətt nömrəsi və çağrı mərkəzi də mövcuddur. Hələ üstəlik onlayn bələdçi də fəaliyyət göstərir. Bu sahə üzrə çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbul barədə də gərəkli bütün məlumatlar saytda mövcud olduğundan əlavə tövsiyəyə gərək yoxdur.
9. Sahə işçilərinin əmək haqları barədə məlumatlarda saytda yer aldığından heç bir tövsiyə söylənilmir.
10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, qəbul günləri (saatları), dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də təqdim edidiyindən tövsiyə verilmir.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında kifayət qədər geniş məlumatlar saytda yer almışdır. Burada çatışmayan yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərdir ki, bu da əlavə edilsəydi sahə dolğunlaşmış olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır. Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları, istifadə rahatlığı, domen rahatlığı, axtarış sistemi mövcuddur. Həmçinin, sosial şəbəkələrdə aktiv səhifələri (twitter və fasebook və youtube) fəaliyyət göstərir. Təbii ki, bu sahə üzrə də heç bir tövsiyə verilmir.