Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az domen adlı İnternet saytı, o qədər yetərli və dolğun bilgi verir ki, ziyarətçi bu resursdan sahə ilə bağlı istədiyi məlumatı çox rahatlıqla əldə edə bilir. Dövlət qurumunun saytında qurumun tarixi, rəhbərləri və kollegiya haqqında ətraflı bilgi verilib. Nazirliyin fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar öz yerindədir. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün imkanlar (qurumun ünvanı, ünvanın marşrut sxemi, ünvana gəlmək üçün ictimai nəqliyyat, həm ümumi, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, bütün mümkün e-poçt ünvanları) təqdim edilir. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Qurumun strukturunun ümumi sxemi, aparat, alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri ilə əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq ünvanları da göstərilir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, qurumun rəhbəri ilə əks-əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks-əlaqə imkanları, qurumla ümumi əlaqə imkanları mövcuddur. Nazirliyin mətbuat üçün açıqlamaları və onların yenilənməsi, quruma aid cari informasiya, qurumdaxili əmrlər və qərarlar da öz əksini tapır. Quruma dövlət büdcəsindən ayrılan vəsait və onun icrası haqqında məlumat da saytda yer almışdır. Həmçinin, büdcədənkənar daxilolmalarla bağlı məlumat da öz əksini tapır. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında bütün informasiyaya saytda rast gəlmək mümkündür. Elektron xidmətlər bölməsinin ayrıca təqdim edilməsi, qaynar xətt, çağrı mərkəzinin olması, onlayn və telefon, faks əlaqələri, işə qəbul qaydaları və boş iş yerləri haqqında bilginin ətraflı təqdim edilməsi, həmçinin, sahə işçilərinin əmək haqqı barədə də saytda bilgiyə rast gəlinir. Vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, tender də yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, dövlət qurumunun cari norma yaratma fəaliyyəti ilə bağlı saytda zəngin məlumat verilib. Qurumun saytı internet qaydalarına uyğundur. Domen və istifadə rahatlığı var. Saytın axtarış sistemi işləyir. Həmçinin onlayn bələdçi fəaliyyət göstərir ki, bu da ziyarətçilərə kömək məqsədilədir. Sosial şəbəkələrdə səhifələrinin aktivdir. Saytda çatışmayan bircə tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun rəhbərləri və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza – əsasnamə və təlimatlar haqqında bilgilər yetərli səviyyədədir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanlar – qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlar öz əksini tapmışdır.
3. Nazirliyin strukturunun ümumi sxemi, aparat, dövlət qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin dəqiq ünvanları, rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqda ətraflı bilgi təqdim edilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilən məlumatlar sırasındadır.
5. Qurumun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların tezliyi, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutur. Həmçinin, büdcədənkənar daxilolmalar və onların istiqamətləri bağlı məlumata da saytda rast gəlinir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, qaynar xətt nömrəsi və çağrı mərkəzi də mövcuddur. Hələ üstəlik onlayn bələdçi də fəaliyyət göstərir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası və işə qəbulun norma və qaydaları , dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilmişdir.
9. Sahə işçilərinin əmək haqları barədə məlumat təqdim edilir.
10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, qəbul günləri (saatları) barədə ümumi bilgi verilir. Həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də təqdim edilir.
11. Daha bir əks etdirilən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmışdır. Yeganə təqdim edilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
12. Qurumun cari norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları, istifadə rahatlığı, domen rahatlığı, axtarış sistemi mövcuddur. Həmçinin, sosial şəbəkələrdə (twitter və fasebook və youtube) aktiv səhifələri fəaliyyət göstərir.