Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin www.azstand.gov.az ünvanlı İnternet saytı dolğunluğu və daxili məlumatların bolluğu ilə diqqəti cəlb edir. Qurumun tarixi, ünvanı, rəhbərləri və kollegiya haqda məlumatlar, həm ümumi xarakterli, həm də ayrı-ayrı struktur bölmələrin rəhbərləri ilə əlaqə imkanları, mümkün olan e-poçt ünvanları, dövlət qurumunun strukturunun ümumi sxemi, alt bölmələri və regional bölmələri haqda məlumatlar verilir. Əsas rəhbərin və onun müavinləri haqda bioqrafik bilgilər geniş şəkildə təqdim edilir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də saytda əks olunub. Dövlət qurumun tərəfindən təklif edilməli olan mütləq xidmətlər, xidmətlərdən istifadə qaydaları, elektron xidmətlər barədə məlumatlar da əks olunub. Vətəndaşların qəbul günləri, dövlət qulluqçusunun etik davranışı, onlayn və telefon, faks əlaqələrinin, abunə imkanının, qaynar xəttin olması baxımından qurumun internet resursunu normal dəyərləndiririk. Amma saytda bəzi bölmələr boşdur ki, həmin bölmələrə də məlumatlar qoyulsa, saytı tam dolğun hesab etmək olar. Bu da dövlət qurumunun ünvanının marşrut və sxeminin olmaması, ictimai nəqliyyat vasitələri haqda bilgilərin təqdim olunmaması, qurumun sosial şəbəkələrdə səhifələrinin mövcud olmaması, sahə işçilərinin əmək haqları barədə, büdcə və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya ilə bağlıdır. Həmçinin, tender və yarışmaların elanları, keçirilmə qaydaları, tender və yarışmaların keçirilməsinin nəticələri də saytda gözə dəymir. Qaynar xətt, qurumun strukturu, fəaliyyət istiqamətləri, aparat və qurumun alt bölümləri və tabe təşkilatları haqda da bilgi verilirb.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurumun tarixi, dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza – əsasnamə və təlimatlar baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi və kollegiya haqda məlumatlar mövcuddur. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada qurumun marşrut sxemi və gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır. Yaxşı olardı ki, bu sahədə çatışmayan bilgilər də əks etdirilsin.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri, strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da ətraflı məlumarlar var. Burada əlavə tövsiyəyə ehtiyac yoxdur.
4. Qurumun rəhbərinin və onun müavinlərinin bioqrafiyası, rəhbərlə əks əlaqə imkanları təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumla əks-əlaqə üçün ümumi imkanlar da mövcuddur. Bu üzdən əlavə heç bir tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də mövcuddur. Quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir. Burada da əlavə heç bir tövsiyə verilmir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında məlumatlar göstərilmir. Büdcədənkənar daxilolmalar haqda da heç bir bilgi verilmir. Bu sahədə çatışmayan məlumatların təqdim edilməsi gərəklidir.
7. Agentliyin təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Burada da əlavə heç bir tövsiyə yoxdur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də saytda bilgiyə rast gəlinir. Bu baxımdan da əlavə tövsiyəyə gərək yoxdur.
9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmir. Yaxşı olardı ki, burada çatışmayan məlumatlar da veriləydi.
10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları ayrıntılı şəkildə təqdim olunur, qurumun regional şöbələrinin, alt bölmələri və tabe təşkilatlarının da ünvanları, əlaqə vasitələri, rəhbər işçiləri haqda məlumatlar və vətəndaşların qəbul vaxtı göstərilmişdir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda əks etdirilir. Bu sahə dolğun təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar haqda saytda heç bir məlumat öz əksini tapmır. Tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir. Bu sahənin dolğunlaşdırılmasına ciddi ehtiyac var.
12. Qurumunun cari norma- (qanun) yaratma fəaliyyəti barədə, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır. Burada əlavə tövsiyə verilmir.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Domen və istifadə rahatlığı var. Qurumun sosial şəbəkələrdə səhifəsi yoxdur. Abunə imkanı yoxdur. Əks-əlaqə üçün onlayn formaları var, axtarış sistemi işləyir. Tövsiyə olunur ki, burada çatışmayan məlumatlara da diqqət ayrılsın.