Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Azərişıq Açıq Səhmdar Cəmiyyətinin (ASC) www.azerishiq.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərişıq Açıq Səhmdar Cəmiyyətinin (ASC) www.azerishiq.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Azərişıq ASC-nin www.azerishiq.gov.az  ünvanlı İnternet saytında qurumun tarixi, əvvəlki rəhbərləri haqqında verilən məlumatlar yüksək səviyyədədir. Qurumun indiki rəhbəri və kollegiya haqda bilgiyə rast gəlinmir. Qurumun ünvanı, marşrut sxemi, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri təqdim edilir. Qurumun ünvanına gəlmək üçün ictimai nəqliyyat haqqında heç bir bilgi verilmir. Dövlət qurumunun strukturunun ümumi sxemi, alt bəlmələri və regional strukturu, struktur bölmələrinin dəqiq ünvanları, rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, həmçinin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilmir. Qurumla əks-əlaqə üçün ümumi imkan var. Mətbuat üçün açıqlamalar və onların tezliyi intensivdir. Qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı yetərli məlumatlar mövcuddur. Qurumun büdcəsi və onun icrası, büdcədənkənar daxilolmalar haqda heç bir bilgi saytda əks olunmur. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, xidmətlərdən istifadə qaydaları, elektron xidmətlər, onlayn müraciət imkanı və iki qaynar xətt, çağrı mərkəzi təqdim olunur. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, boş iş yerləri haqqında elanlara rast gəlinmir.  Rəhbər işçilərin tarif stavkası, vətəndaşların qəbul günləri, tender və yarışmaların elanları, keçirilmə qaydaları, nəticələri yoxdur. Dövlət qurumunun norma yaratma fəaliyyıti var. Bütün mümkün normativ aktların layihələri göstərilir. Qurumun internet resursu yaxşı dəyərləndirlir. Domen və istifadə rahatlığı mövcuddur. Saytın axtarış sistemi işləmir. Sosial şəbəkələrdə səhifələri mövcud deyildir. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi, əvvəlki rəhbərləri haqqında verilən məlumatlar yüksək səviyyədədir. Qurumun indiki rəhbəri və kollegiya haqda bilgiyə rast gəlinmir. Dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar mövcuddur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Qurumun ünvanının marşrut sxemi də təqdim olunur, lakin quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturunun  ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunur. Digər bilgilər də (aparat, strukturu, struktur bölmələrinin  dəqiq ünvanları, struktur bölmələri ilə əlaqə saxlamaq üçün imkanlar) da təqdim edilir.

4. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyasına rast gəlinmir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər də göstərilmir.  Dövlət qurumu ilə əks -əlaqə üçün ümumi imkanlar var.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi intensivdir. Qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı yetərli məlumatlar mövcuddur.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında  bilgilər saytda əks etdirilmir. Həmçinin, büdcədənkənar daxilolmalarla bağlı bilgi də yoxdur.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Təqdirəlayiq haldır ki, qurumun iki Qaynar Xətti fəaliyyət göstərir.  Həmçinin Çağrı Mərkəzi də var.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında,  işə qəbulun norma və qaydaları barədə  bilgilər təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də saytda əks olunmur.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə  məlumatlar təqdim olunmur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar barədə heç bir bilgi təqdim edilmir. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.

12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Burada bütün mümkün normativ aktların layihələri təqdim edilir.

13. Qurumun internet resursu yaxşı dəyərləndirlir. Domen və istifadə rahatlığı mövcuddur. Saytın axtarış sistemi işləmir. Sosial şəbəkələrdə səhifələri mövcud deyildir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV