Azərbaycan Respublikası Azərişıq ASC-nin www.azerishiq.gov.az ünvanlı İnternet saytında qurumun tarixi, əvvəlki rəhbərləri haqqında verilən məlumatlar yüksək səviyyədədir. Qurumun indiki rəhbəri və kollegiya haqda bilgiyə rast gəlinmir. Qurumun ünvanı, marşrut sxemi, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri təqdim edilir. Qurumun ünvanına gəlmək üçün ictimai nəqliyyat haqqında heç bir bilgi verilmir. Dövlət qurumunun strukturunun ümumi sxemi, alt bəlmələri və regional strukturu, struktur bölmələrinin dəqiq ünvanları, rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilir. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, həmçinin bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilmir. Qurumla əks-əlaqə üçün ümumi imkan var. Mətbuat üçün açıqlamalar və onların tezliyi intensivdir. Qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı yetərli məlumatlar mövcuddur. Qurumun büdcəsi və onun icrası, büdcədənkənar daxilolmalar haqda heç bir bilgi saytda əks olunmur. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, xidmətlərdən istifadə qaydaları, elektron xidmətlər, onlayn müraciət imkanı və iki qaynar xətt, çağrı mərkəzi təqdim olunur. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, boş iş yerləri haqqında elanlara rast gəlinmir. Rəhbər işçilərin tarif stavkası, vətəndaşların qəbul günləri, tender və yarışmaların elanları, keçirilmə qaydaları, nəticələri yoxdur. Dövlət qurumunun norma yaratma fəaliyyıti var. Bütün mümkün normativ aktların layihələri göstərilir. Qurumun internet resursu yaxşı dəyərləndirlir. Domen və istifadə rahatlığı mövcuddur. Saytın axtarış sistemi işləmir. Sosial şəbəkələrdə səhifələri mövcud deyildir. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır.
Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik
1. Qurumun tarixi, əvvəlki rəhbərləri haqqında verilən məlumatlar yüksək səviyyədədir. Qurumun indiki rəhbəri və kollegiya haqda bilgiyə rast gəlinmir. Dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar mövcuddur. Tövsiyə olunur ki, qurumun indiki rəhbəri və kollegiya haqda da məlumatlar göstərilsin.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Qurumun ünvanının marşrut sxemi də təqdim olunur, lakin quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır. Burada çatışmayan bilgilərin də təqdim edilməsinə gərək var.
3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunur. Digər bilgilər də (aparat, strukturu, struktur bölmələrinin dəqiq ünvanları, struktur bölmələri ilə əlaqə saxlamaq üçün imkanlar) da təqdim edilir. Bu üzdən əlavə tövsiyə verilmir.
4. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyasına rast gəlinmir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilər də göstərilmir. Dövlət qurumu ilə əks -əlaqə üçün ümumi imkanlar var. Tövsiyə olunur ki, rəhbər işçilərin bioqrafik bilgiləri göstərilsin.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi intensivdir. Qurumdaxili əmrlər və qərarlar, dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı yetərli məlumatlar mövcuddur. Burada əlavə heç bir tövsiyə yoxdur.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda əks etdirilmir. Həmçinin, büdcədənkənar daxilolmalarla bağlı bilgi də yoxdur. Burada da yaxşı olardı ki, məlumatlar dolğunlaşdırılsın.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Təqdirəlayiq haldır ki, qurumun iki Qaynar Xətti fəaliyyət göstərir. Həmçinin Çağrı Mərkəzi də var. Bu sahə üzrə dolğun bilgilər olduğu üçün əlavə tövsiyə verilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də saytda əks olunmur. Bu sahənin zənginləşdirilməsinə ciddi ehtiyac var.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar. Burada da lazımi bilgilər göstərilməlidir.
10. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar təqdim olunmur. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Yaxşı olardı ki, bu sahədə də çatışmayan bilgilər verilsin.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar barədə heç bir bilgi təqdim edilmir. Digər bilgilər – tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir. Burada da eyni tövsiyə verilir: sahə dolğunlaşdırılmalıdır.
12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Burada bütün mümkün normativ aktların layihələri təqdim edilir. Bu sahə üzrə əlavə tövsiyəyə ehtiyac yoxdur.
13. Qurumun internet resursu yaxşı dəyərləndirlir. Domen və istifadə rahatlığı mövcuddur. Saytın axtarış sistemi işləmir. Sosial şəbəkələrdə səhifələri mövcud deyildir. Burada yaxşı olardı ki, axtarış sisteminin işləməsinə diqqət ayrılsın. Həmçinin, sosial şəbəkələrdə səhifənin hazırlanması işinə ciddi yanaşılsın.