Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyasının www.antikorrupsiya.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Korrupsiyaya Qarşı Mübarizə  Üzrə Komissiyasının www.antikorrupsiya.gov.az  domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə  Üzrə Komissiyasının www.antikorrupsiya.gov.az ünvanlı İnternet saytında bəzi bölməıər dolğun, bəziləri isə boş təqdim edilməkdədir. Saytda korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu, Korrupsiyaya Qarşı Mübarizəyə dair Milli Fəaliyyət Planı (2012-2015), qaynar xətt, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin saytı təqdim olunur. Bundan başqa, qurumun saytından “Asan Xidmət” in saytına birbaşa keçid mümkündür. Qurumun ünvanı, həmçinin quruma gəlmək üçün marşrut və sxemi, ictimai nəqliyyat haqqında da məlumat təqdim olunmuşdur. Qurumun rəhbərləri ilə onlayn əlaqə, telefon nömrələri, həmçinin rəhbər şəxslərin bioqrafik məlumatları təqdim edilən bilgilər sırasındadır. Qurumun büdcəsi, büdcədənkənar daxilolmalar, vətəndaşların qəbul qaydaları, tender və yarışmaların  keçirilməsi elanları, tender və yarışmaların keçirilməsi qaydaları, abunə imkanı yoxdur. Saytda işə qəbulla komissiya haqda məlumat göstərilsə də, boş iş yerlərinin elanları, işə qəbulun qaydaları haqda heç bir məlumat verilmir. Həmçinin, sahə işçilərinin əmək haqları barədə məlumatlar da gözə dəymir. Qurumun saytında  ön səhifədə qaynar xəttin olması saytın operativliyini göstərən haldır. Həmçinin, xarici antikorrupsiya orqanları haqda da saytda məlumat təqdim edilir. Qurumun saytının sosial şəbəkələrdə səhifəsi mövcuddur. Axtarış sistemi işləmir.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi, rəhbərlik, aparat və kollegiya haqqında  təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir. Bundan başqa, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza, əsasnamə və təlimatlar da saytda öz yerini almışdır.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Həmçinin,  qurumun marşrut sxemi və  gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər də ətraflı təqdim edilmişdir.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər, aparat, qurumun alt bölmələri, onların rəhbərləri ilə əlaqə vasitələri haqda məlumatlar təqdim edilmişdir.

4. Rəhbər işçilər və onlarla əks əlaqə,  qurumun rəhbərinin, onun müavinlərinin və aparat rəhbərinin bioqrafiyaları  geniş təqdim edilir. Qurumun rəhbəri, onun müavinləri, həmçinin aparat rəhbəri ilə əks-əlaqə imkanları mövcuddur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumdaxili əmr və qərarlar haqda məlumatlar təqdim edilir. Lakin mətbuat üçün açıqlamalar olsa da, onların tezliyinə rast gəlinmir.

6.  Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər saytda öz əksini tapmışdır.  Saytın ön hissəsində  qaynar xətt mövcuddur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında yarımçıq məlumat göstərilir. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər göstərilməyib.

9. Qurumun saytında sahə işçilərinin əmək haqları barədə məlumata rast gəlinmir.

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə də heç bir məlumat verilmir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər isə saytda əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı təqdim edilən bilgilər (elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi) , tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə  də heç bir məlumat təqdim edilmir.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri barədə də məlumatlar saytda verilmişdir.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sayta  abunənin olmaması və axtarış sisteminin işləməməsi diqqətdən qaçmır.  Sosial şəbəkələrdə səhifəsi mövcuddur.

b

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV