Saturday 20th April 2024,

2007

Ξ Leave a comment

Azərbaycan Respublikasinin INSAN HÜQUQLARI ÜZRƏ MÜVƏKKILININ www.ombudsman.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

AZƏRBAYCAN  RESPUBLIKASININ  INSAN HÜQUQLARI ÜZRƏ  MÜVƏKKILININ  www.ombudsman.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

20 avqust 2007
Azərbaycan  Respublikasinin  Insan Hüquqlari Üzrə  Müvəkkilinin  www.ombudsman.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb. Monitorinqin nəticələrinə görə belə qənaətə  gəlmək olur ki,  saytda  müəyyən informasiyalar  yerləşdirilsə də sayt ümumən mövcud  qanunvericiliyin tələblərinə  cavab vermir. Bundan başqa saytda verilmiş menyuların əksəriyyətində menyunun adının olmasına baxmayaraq heç bir informasiya yerləşdirilməyib. Nazirlər Kabinetinin dövlət saytlarına olan müvafiq tələbləri yerinə yetirilməyib və dizayn, tərtibat və informasiya həcmi baxımdan çox aşağı səviyyədə yaradılıb. Sayt yaradılarkən üç dildə (Azərbaycan, İngilis və Rus) nəzərdə tutulub. Burada digər dilli versiyalarda da səhifələrin çoxu boşdur. İlk olaraq Xəbərlər menyusu ilə açılır və saytın solunda və yuxarı hissəsində məlumatları özündə cəmləyən menyunu göstərir. Qeyd edək ki, menyu bir qədər nizamsız tərtib olunub və bir çox hallarda təkrarlanır. 
• Müvəkkil
o Müvəkkil haqqında
o Müvəkkilin fəaliyyətinin hüquqi əsasları
 «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu
 Digər qanunvericilik aktları
o Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri
• Təsisat
o Təsisatın yaradılması
o Müvəkkilin Aparatı
o Regional mərkəzlər
o Struktur
• Müvəkkilin fəaliyyəti
o Dövlət orqanları ilə əməkdaşlıq
o KİV-lə əməkdaşlıq
o İctimaiyyətlə əlaqələr
 QHT-lərlə əməkdaşlıq
 Müstəqil Ekspertlər Şurası
 Hüquq Klinikaları Şəbəkəsi
o Hüquqi maarifləndirmə
o Elmi-analitik iş
o Beynəlxalq əməkdaşlıq
 Beynəlxalq Ombudsmanlar İnstitutu
 Avropa Ombudsmanlar İnstitutu
 Asiya Ombudsmanlar Assosiasiyası
 BMT
 UNDP
 UNDPİ
 UNHCHR
 UNHCR
 UNİCEF
 UNESCO
 UNFPA
 UNİFEM
 Avropa Birliyi
 Avropa Şurası
 ATƏT
 Digərləri
o Əhalinin müxtəlif kateqoriyaları ilə iş
 Qaçqın və məcburi köçkünlər
 Miqrantlar
 Məhbuslar
 Hərbi qulluqçular
 Qadınlar
 Gənclər
 Uşaqlar
 Ahıllar
• Şikayətlər
o Müvəkkilə şikayətlərin verilmə qaydası
o Şikayətlər üzrə iş
 Şikayətə baxılma qaydası
 Görülmüş tədbirlər
o Yerində araşdırmalar
o Statistik göstəricilər
• Sənədlər və nəşrlər
o İllik məruzələr
 2003
 2004
 2005
 2006
 2007
 2008
o Xüsusi məruzələr
o Çıxışlar
o Müraciət və məktublar
o Bəyanatlar
o İnformasiya bülleteni
 Ombudsmanın fəaliyyəti
 Ərizələrlə iş
 Beynəlxalq əməkdaşlıq
 Hüquqi maarifləndirmə
 Ombudsman KİV-də
 Qanunvericilik
o Nəşrlər
o Kitabxana
• Tədbirlər
o Konfranslar
o Seminar və treninqlər
o Dəyirmi masalar
• Qanunvericilik
o Azərbaycan Respublikasının Konstitusiyası
o Beynəlxalq sənədlər
o Milli qanunvericilik
• Fotoqalereya
• Səhifənin xəritəsi
• Əlaqələr
Yuxarıda göstərilən menyulardan ancaq bir neçəsi fəaliyyət göstərir. Saytda göstərilən digər menyularda adları olsa da heç bir məlumat hazırlanmayıb və informasiya yoxdur.

Azərbaycan  Respublikasinin  Insan Hüquqlari Üzrə  Müvəkkilinin  haqqında ümumi məlumatlar ayrı-ayrı altmenyularda nəzərdə tutulsa da verilən informasiya lazımı tələblərə tam cavab vermir. Belə ki, göstərilən bölmədə verilməsi tələb olunan bütün məsələlər nəzərdən qaçmış və həllini tapmayıb.

Xəbərlərdə verilmiş məlumatın müddəti çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib. Bundan başqa burada ştat cədvəli haqqında məlumat yoxdur.

 Eyni zamanda Azərbaycan  Respublikasinin  Insan Hüquqlari Üzrə  Müvəkkilinin  öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir.

Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul  qaydaları ümumiyyətlə saytda nəzərdə tutulmayıb. Azərbaycan  Respublikasinin  Insan Hüquqlari Üzrə  Müvəkkilinin  fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları aid demək olar ki, qoyulan tələblər öz həllini tapmayıb. Burada Azərbaycan  Respublikasinin  Insan Hüquqlari Üzrə  Müvəkkilinin  büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.

Yekunlaşdıraraq demək olar ki, digər menyularda da yerləşdirilən informasiya qanunvericilik tərəfindən qarşıya qoyulmuş tələblərə cavab vermir. Belə ki, Azərbaycan  Respublikasinin  Insan Hüquqlari Üzrə  Müvəkkilinin  cari fəaliyyəti yaxşı işıqlandırılmayıb. Ona görə saytı ümumən natamam hesab etmək olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV