Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin www.socar.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
22 avqust 2007
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti www.socar.gov.az domen adlı rəsmi internet saytının daha keyfiyyətli və qanunun tələb etdiyi standartlara cavab verməsi üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bəzi tövsiyələr edilmişdir:
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin öz daxili əmr, sərəncam və qərarları , eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı saytda öz əksini tapmalıdır.
2. Saytda interaktiv xidmətlərin yaradılması vacibdir.
3. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməlidir.
4. Ştat cədvəlinin yerləşdirilməsi qanunda nəzərdə tutulduğu üçün bu məsələnin həlli tövsiyə olunur.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə işə qəbul qaydaları əks olunmalıdır.
6. Sahə ilə əlaqəli daha geniş informasiya ehtiyatlarının sayta yerləşdirilməsi məqsədəuyğun olardı
7. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid dövlət büdcəsinin icmalı və icrası haqqında bilgilər yer almalıdır.
8. Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar olmalıdır.