Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin www.socar.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
22 avqust 2007
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin www.socar.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılmış, texniki və dizayn baxımından analiz edilmişdir. Aparılmış analız nəticəsində məlum olmuşdur ki, saytda neft sahəsi ilə əlaqəli xeyli həcdə materiallar sytda yerləşdirilib və sayt ümumən normal dizayna malikdir. Monitorinqin nəticəsi kimi aşağıdakıları qeyd etmək olar:
Saytın iki dildə (Azərbaycan və İngilis ) fəaliyyəti nəzərdə tutulub və hər iki versiya normal fəaliyyət göstərir. İlk səhifə xəbərlər bloku, səhifənin yuxarı tərəfində ARDNŞ, LAYİHƏLƏR və PARTNYORLAR, XƏBƏRLƏR, ARDNŞ MEDİADA, STATİSTİKA, İCTİMAİ ƏLAQƏLƏR, SOSİAL SAHƏ menyusu və əsas menyunun altında axtarış sətri ilə açılır. Bundan başqa altmenyulara görə açılmış məlumatların başlıqları saytın sağ tərəfində yerləşdirilib ki, bu da lazımi məlumatın tapılması işini asanlaşdırır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti haqqında
Saytda Azərbaycan Respublikasının neft strategiyasının əsas məqsədlərindən olan neft və qaz sənayesinin mövcud vəziyyətinə aid xeyli informasiya yerləşdirilib.. Qeyd edək ki, XƏBƏRLƏR blokunda yerləşdirilmiş məlumatlar aktualdır, cari vaxta uyğun gəlir və vaxtaşırı yeniləşir. Saytın ARDNŞ menyusunda Fərmanlar, Nizamnamələr, Struktur, Neft Strategiyası, Görkəmli neftçilər, Haqqında və Əlaqə altmenyuları uyğun sahələri işıqlandırır.
Belə ki, burada Azərbaycan Respublikasında bəzi fəaliyyət növləri üzrə ixracın stimullaşdırılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.07.2006-cı il 185 nömrəli Qərarı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Idarəetmə Strukturu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan muəssisələr, Azərbaycanın Yeni Neft Strategiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaranma tarixi haqqında ətraflı məlumat verilmişdir.
Saytın müsbət cəhətlərindən biri də vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları eləcə də rəhbər işçilərin ünvanı, telefon və elektron poçt ünvanları barədə ətraflı məlumatların verilməsi eyni zamanda xüsusi blokda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan muəssisələrin direktoru, ünvan, telefon, faks nömərlərinin göstərilməsidir.
LAYİHƏLƏR və PARTNYORLAR menyusunda Layihələr, Birgə müəssisələr, Alyanslar, Əməliyyat şirkətləri, Partnyorlar, Linklər altmeyularında uyğun sahələr üzrə geniş informasiya cəmləşdirilib.
Qeyd etmək lazımdır ki, ARDNŞ MEDİADA bölməsi də yaxşı tərtib olunub. Burada müraciət və təkliflərin və ya istifadəçiləri maraqlandıran sualların verilməsi üçün xüsusi forma və qaynar xətt telefonlarının göstərilib. Eyni zamanda xəbərlərin axtarışına sərf olunan vaxtı itirməmək və daha dolgun məlumat əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Dovlət Neft Şirkətinin internet səhifəsində yardımçı ola biləcək xususi "Mətbuat guşəsi" rubrikası yaradılıb. Saytın STATİSTİKA bölməsində Neft qaz hasilatı, neft emalı, qiymətlər və digər sahələr üzrə statistik məlumatlatlar və şəkillər verilib. İCTİMAİ ƏLAQƏLƏR bölməsində isə ictimai tədbirlər haqqında xəbərlər əks olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə prognozları
Saytın Neft Şirkətinin fəaliyyətinin işıqlandırılması ilə bağlı informasiyalar yer alıb. Belə ki, saytda orqanın cari fəaliyyəti əks olunub. Bundan başqa şikayət, təklif və sorğuların icmalı, informasiya infrastrukturu, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları qoyulan tələblərə müəyyən dərəcədə uyğun gəlir. Eyni zamanda saytda istifadəçiləri neft məsələləri ilə bağlı maraqlandıran dövlət qanunlarına, təlimatlara geniş yer verilib. Bütün bunlarla yanaşı bəzi boşluqlara rast gəlinir.
1. Saytda ştat cədvəli haqqında məlumat yoxdur.
2. Mövcud boş iş yerləri haqqında elanlar verilməyib.
3. Özünə aid olan informasiya resursları haqqında bilgilər yoxdur.
4. Ümumiyyətlə hər hansı alqı-satqı əməliyyatı və ya satınalmaların şərtləri haqqında xəbər verilmir.
5. Verilən kreditlər və qrantlar, onların şərtləri və istifadəsi, tenderə çıxarılacaq sahələr haqqında məlumatlar saytda göstərilməyib.
6. Burada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin büdcəsi və onun icrası icrası, icrası barədə məlumata rast gəlinmir.
Göstərilən xidmətlərə dair məlumatlar.
İnteraktiv online xidmərləri yoxdur.
Xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.
Sayta olan texniki tələbatlar
– Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.
– Sayt üzrə və saytda yerləşdirilmiş məlumat bazaları üzrə axtarış sistemi və xəbərlərə abunəçilik sistemi yaradılıb.
– Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər təşkil edilib.
– Saytın xarici görünüşü, naviqasiya sistemi və istifadə rahatlığını normal qəbul etmək olar