Monday 06th May 2024,

2015

Ξ Leave a comment

Nərimanov Rayon İcra Hakimiyyəti www.narimanov-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Nərimanov Rayon İcra Hakimiyyəti www.narimanov-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Nərimanov Rayon İcra Hakimiyyəti  www.narimanov-ih.gov.az İnternet resursunun görünüşü normal, istifadəsi rahat olsa da, onu dolğun informasiyalı saytlar sırasına aid etmək olmaz. Çünki saytın heç bir bölməsindəki informasiyaları qənaətbəxş hesab etmək olmaz. Rayon Bakı şəhəri ərazisində yerləşdiyindən daha çox məlumatlılığı, daha çox informasiyalılıöı ilə seçilməli olduğu halda bölgə saytlarından heç fərqlənmir, hətta bəzilərindən geri də qalır.  Saytın heç bir bölməsindəki məlumatı yararlı saymaq olmaz. Bütün bölmələrdəki informasiyalar qənqətbəxş deyil. İqtisadiyyat bölməsindəki hesabat xarakterli məlumat 2011-ci ilə aiddir. Elektron xidmətlər, elektron müraciətlər bölmələri boşdur. Rayon ərazisində yerləşən idarələrin yalnız rəhbərlərinin adları və şəhər telefon nömrələri göstərilib, idarələr haqda məlimatlar yoxdur. Xəbərlər bölməsini nisbətən qənaətbəxş hesab etmək olar, informasiyaların daim olmasa da, ara-sıra yenilənməsi diqqət çəkir. Saytın sosial şəbəklərə çıxışı yoxdur.

Beləliklə, Nərimanov Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədər deyil. Qurumun rəhbəri haqqında verilmiş  məlumatlar qənaətbəxşdir Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə də saytda məlumat verilmir.

2.  Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı göstərilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri saytda öz əksini tapmayıb. Sadəcə qəbul günləri və qəbul saatları göstərilir. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.

3.  Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar var, amma onlarla əlaqə kimi yalnız şəhər nömrələri göstərilir. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri haqda məlumat olsa da, struktur bölmələrinin rəhbərləri haqqında informasiya çox azdır. Onlarla əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilmir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.

5.  Cari informasiyalar baxımından sayt elə də zəngin sayıla bilməz. informasiyalar arasındakı vaxt intervalı çoxdur. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Saytda qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri, nə onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV